Röya: «O, mənim həyatımda ilk kişi oldu…»

Röya: «O, mənim həyatımda ilk kişi oldu…»
Шоу-бизнес 13102
Müğənni Röyanın 200 min dollardan artıq borcu var. Qazandığı pulların əsasən geyimə, mahnılara, valideynlərinin, qardaşlarının dolanışığına xərcləndiyini deyən Röya borc içində batır. O, üst-üstə 200 min dollardan artıq borcunun olduğunu etiraf edib: «Daim kreditə nəsə alıram – atama, anama, qardaşlarıma mənzil və sair. Amma borclarımı Anarın (həyat yoldaşını nəzərdə tutur – red.) üstünə yığmıram. Hamısını özüm ödəyirəm».Röya həyat yoldaşının ona aldığı hədiyyələr haqda da danışıb. Ona alınan hədiyyələrin qiymətilə maraqlanmadığını deyən Röya bununla yanaşı xatırlayır ki, bir dəfə Anar ona qiyməti 12 000 manat olan qızıl bəzək əşyası hədiyyə edib. İfaçı özü isə heç zaman kişilərə hədiyyə verməyib: «Nənəm həmişə mənə deyirdi ki, heç zaman kişilərə hədiyyə alma. Sən o qədər gözəlsən ki, özün onlara hədiyyəsən. Amma o, (Anar – red.) mənim həyatımda ilk kişi oldu ki, mən ona hədiyyə aldım».
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости