Röya Fərda Xudaverdiyevlə birgə televiziyada veriliş aparacaq
26
янв
2010
20:45
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
264524291_roya-ferda.jpg|-->“Hələlik hazırlıqlar gedir, heç nə dəqiq müəyyənləşməyib. Yeni verilişin hansı kanalda olacağı bilinmir. Hələlik yalnız format müəyyənləşib”. Müğənni Röya Ayxanın prodüseri Kənan Məmmədov Röyanın telekanalların birində veriliş aparacağı barədə məlumata münasibət bildirərkən yalnız bunları deyib. Qeyd edək ki, müğənni özü “Üç nöqtə” qəzetinə müsahibəsində veriliş aparacağı barədə danışıb: “Bu veriliş musiqili, əyləncəli, ancaq bir az da ciddi olacaq. Həftədə bir gün yayımlanacaq verilişin üç saat efir vaxtı olmalıdır. Verilişdə canlı ifalar, müxtəlif səpkili süjetlər tamaşaçılara təqdim edəcəyik. Bu üç saat ərzində bizim müğənni qonaqlarımızla yanaşı, hətta siyasətçilər, idmançılar və adi insanlar da qonaq olacaqlar.Yeri gəlmişkən, dünən orkestrlə görüşdük, bu haqda ətraflı söhbət etdik. Artıq Türkiyədə bu verilişin anonsları hazırlanır. Yəni iş gedir, inşallah bu yaxınlarda həmkarımla birgə bizi efirdə izləyə biləcəksiniz”.Müğənni proqramı tək aparmayacağını deyib: “Aktyor Fərda Xudaverdiyevlə birgə aparıcılıq edəcəyik. Fərda ilə mən çalışacağıq ki, tamaşacılara sözün əsl mənasında “bazar əyləncə”si təqdim edək. Yəqin ki, bu, bizdə alınacaq. Çünki bizim qonaqlarımız da digər verilişlərin qonaqlarından fərqlənəcək”.Müğənni qonaqlarının da fərqli olacağını açıqlayıb: “İlk qonağımız inşallah hər şey planlaşdırdığımız kimi olsa, türkiyəli rəqqasə Didəm olacaq. Daha sonralar verilişimə Cəzanı dəvət edəcəm. Artıq bununla bağlı danışıqlar gedir”.lent.azMaraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...