Röya: "Aygün Kazımova ağıllı olsa.... bunu etməz"
13
дек
2010
09:50
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
292079424_0.jpg|--> Dekabrın 13-dən start götürəcək ən qalmaqallı və reytinqli veriliş hesab olunan “Maşın-şou”-nun ətrafında artıq söz-söhbətlər gəzməyə başlayıb. İndidən bəzi proqnozlar verilir, ən çox maraq edən oyunçuların Röya Ayxan və Aygün Kazımova olacağı deyilir. BaKu.ws portalına müsahibəsində Röya dedi ki, bu dəfəki oyunda özü və Aygün Kazımova qalmaqaldan yan qaçmağa çalışacaqlar: "İnanmıram ki, bu dəfə orada nəsə baş verə. Təbii ki, mənə nəsə deyilsə, cavabı da veriləcək. Amma fikirləşmirəm, əgər o, ağıllıdırsa, eləməz, çünki dəyməz. Bu proyekt 18 gündən sonra bitəcək, bəs sonra nə olacaq? Biz artıq hər ikimiz də anayıq, münaqişə lazımsız olar. Yenidən o da danışsın, mən də danışım... Artıq camaat iyrənəcək. Düzdür, bizim qalmaqalımız təzə-təzə başlayanda, hər kəsə maraqlı idi, hamı şokda idi - Röya və Aygün... Amma inanın, bu, artıq heç kimə lazım deyil. Bunu bir daha eləsək, hər ikimiz də gözdən düşəcəyik". Sülhməramlı mövqedə olduğunu nümayiş etdirən Röya eyni zamanda, keçmiş rəqibi Aygün Kazımova ilə yenidən konflikt yaşanacağını istisna etmir. Amma əhəmiyyət verməməyə çalışacağını deyir:"Ola bilsin ki, bu dəfə o, mənə sataşdı, mən də əksinə, gülüb, üzümü çöndərim və ümumiyyətlə, ona cavab vermədim. Özünüz də fikirləşin, orada iştirak edən hansı böyüklərin qırğınını görmüsünüz? Ancaq balacaların arasını qızışdırıblar. Özləri də qıraqda dayanıblar” (gülür).Röya həmçinin maşını da aparmaq istədiyini də dilə gətirdi: “Mən bu şouda yalnız bir kənara çəkilib, öz halımla əlləşəcəyəm. İki-üç, nə qədər dözə bilsəm dözəcəyəm, dözə bilməsəm çıxacağam. Amma səmimi deyim, hərdən fikirləşirəm ki, bəlkə maşını götürüb, çıxım. İstəyirəm maşını aparım. Udsam, aparıb qoyacağam qapımın ağzına, öz maşınlarım yanına. “İnfiniti” yoxdur, yeri gəlmişkən” (gülür).“Bəs görəsən, “Maşın”ın aparıcısı və Röyanın qohumu hesab olunan Murad Dadaşovun müğənniyə köməyi dəyəcəkmi" sualını Röyaya ünvanlayanda, müğənni belə cavab verdi: “Xeyr, orada heç bir qohumluq əlaqələri ola bilməz. İş başqa, qohumluq başqa. Mənim yanımda o qədər qohumlarım işləyir ki, beynim çönəndə, heç birini tanımıram. Mən işə qohum götürəndə deyirəm ki, xalam qızı idin..., artıq xalam qızı deyilsən. Əvvəl dolabımdan icazəsiz paltar götürə bilirdinsə, indi artıq icazə almalısan. Ümumiyyətlə, indi hər şeyin icazəsini almalısan. Əgər mən yox desəm, sən məndən küsməməlisən. Murad da işinə görə bu proyekti həyata keçirir, burda mənim onunla qohumluğum önəmli olmayacaq. Necə deyərlər, iş başqa, dostluq başqa". Röya həmçinin keçən oyuna da qayıtdı: “Bir çoxları ora kinli vəziyyətdə gedə bilərlər, amma mənim heç kimə qarşı kinim yoxdur. Təbii ki, ikinci dəfə ora gedirəmsə, ya tez, üzü sulu çıxmalıyam, ya da sona qədər qalıb, maşını aparmalıyam. Daha keçən dəfəki kimi axmaqlıq etməyəcəyəm. O vaxt nə qədər dözüb dayandım, axırda evdən zəng gəldi ki, toyuq qızartmışıq, mən də əlimi çəkib qışqırdım ki, toyuq istəyirəm, evə istəyirəm. Əlimi götürüb, qaçdım getdim evə. Daha o toyuqla mənim başımı aldada bilməyəcəklər”. Mələk
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...