"O, işləməkdən çox yatmağı sevir"

O, işləməkdən çox yatmağı sevir
Шоу-бизнес 2417
262972844_1241722770_nadir-qafarzad-exclusive-1-copy.jpg|--> Nadir Qafarzadə Samir Bağırovun Rusiya şou-biznesinə qoşula biləcəyinə inanmır. Bunu müğənni Baku.ws-ə verdiyi açıqlamada bildirib."Rusiya şou-biznesinə qoşula bilmək üçün gərək 1 milyon dolların olsun. Samirin isə bu qədər pulu yoxdur. Olsa belə, onun yaşı artıq 40-ı ötüb. Rusiya şou-biznesində isə yaşa önəm verirlər. Əgər müğənninin yaşı çoxdursa, o istədiyini əldə edə bilməz. Özü də Samir çox tənbəl insandır. O, işləməkdən daha çox yatmağı sevir”,- deyə o əlavə edib. Söhbət əsnasında Nadir, Rusiya şou-biznesinə qoşula biməməsinin də səbəbini açıqlayıb."Moskvaya mən öz istəyimlə getməmişdim. Məni ora bir rus təşkilatçısı dəvət etmişdi. O, mənim ifamı əyləncə mərkəzlərinin birində izləmişdi. Layihənin baş tutmamasına gəlincə, son məqamda sponsor pul verməkdən imtina etdi. Mən də vətənə dönməli oldum. Düzünü deyim Bakıda da işlərim pis getmir”,- deyə Nadir bildirib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости