Nazpəri Dostəliyeva 5 yaraşıqlı oğlanla Tiflisə gedir

Nazpəri Dostəliyeva 5 yaraşıqlı oğlanla Tiflisə gedir
Шоу-бизнес 4

Bir müüdət öncə “Getdi yar” xalq mahnısını duet şəklində ifa edən xalq artisti Nazpəri Dostəliyeva və 5 yaraşıqlı oğlandan ibarət sevilən NEXT qrupu yenidən eyni səhnədə görünəcəklər. Ancaq bu dəfə onlar Azərbaycan səhnəsində deyil, xarici ölkədə həmyerlilərimizin qarşısında konsert proqramı ilə çıxış edəcəklər. “Europe Star” kompaniyasının mətbuat xidmətinin verdiyi məlumata görə, konsert Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək. Bildirək ki, sözügedən konsert 28 May Müstəqillik Günü münasibəti ilə təşkil olunub. Tiflis Dövlət Flarmoniyasında baş tutacaq konsertdə Nazpəri xanım və Nextdən surpriz ifalar gözlənilir. Təşkilatçı qismində çıxış edən Europe Star kompaniyası direktoru Seyid Təbrizi isə seçimlərinin niyə məhz bu sənətçilər olmasına isə bu cür aydınlıq gətirib: “Nazpəri xanım çox sevilən sənətçidir, ələxsüs da burada yaşayan həmyerlilərimiz tərəfindən. O ki qaldı NEXT qrupuna son zamanlar onların mahnıları Gürcüstanın müxtəlif radiolarında çox tez-tez səslənir və bu qrupa qarşı çox böyük istək və maraq var. Elə bu kimi nüansları da nəzərə alıb, çox düşünmədən Nazpəri Dostəliyervanı və NEXT qrupunu dəvət etdik. İnanıram ki, bu konsert nəin ki, burada yaşayan azərbaycanlıların hətta, gürcülərin də ürəyincə olacaq. Ancaq təbii ilk öncə Azərbaycanın müstəqillik günü olduğu üçün biz bunu buradakı həmyerlilərimizə hədiyyə edəcəyik !

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости