Natəvan Həbibi: «Toyum olan günü səhnəni atacam»

Natəvan Həbibi: «Toyum olan günü səhnəni atacam»
Шоу-бизнес 3446
Müğənni Natəvan Həbibinin BaKu.Ws müsahibəsi- Adın kifayət qədər tanınan sənətçilər siyahısındadır. Amma bir dəfə də olsun solo konsertin keçirilməyib. İyunun 22-nə gözlənilən konsert isə Nahid Emiloğlunun təşəbbüsü ilə keçiriləcək. Niyə konsertə ehtiyac duymursan?- Bu gün Azərbaycanda konsert fəaliyyətinin durumu hamımıza bəllidir. Demək olar ki, «stop» səviyyəsindədir. Həm konsertə gələn yoxdur, həm də konserti möhtəşəm səviyyədə təqdim edən yoxdur. İnfilyasiya da burada öz təsirini göstərib deyə, nə tamaşaçı, nədəki müğənni konsert hayındadır. Mən də bu və digər səbəblərdən fəaliyyətimin konsert qolunda hələki boşluq hiss etmirəm. - İnfilyasiya son bir ilin söhbətidir. Amma Azərbaycanda tamaşaçı marağına xidmət edən konsert şousu göstərən yoxdur. - Mən hələki Zülfiyyə Xanbabayevanın adını çəkə bilərəm ki, onun konsertləri pis keçməyib. Bizdə şouya nədənsə, atlanıb-düşmək prizmasından yanaşılır. Şade dayandığı yerdə elə şoular göstərir ki, tamaşaçının ağzı açıq qalır. Olsun Stinqin özü. Gitara ilə elə oturduğu yerdə elə təqdimat göstərir ki, əsil şou olur. Biz isə şounu bir qədər fərqli görmək istəyirirk. Ancaq rəqqaslar, gur işıq effektləri olan səhnədə, deyirik şou var. - Nə vaxtsa səhnədə əsil şou göstərə biləcəyinə əminsən?- Mənim sentyabr-oktyabr aylarına solo konsertim gözəlinilir. Bax, onda əsil şounu göstərmək üçün ən yaxşı və ən maraqlı ssenari düşünüləcək. İnsanların xərc çəkib aldığı biletlər havayı getməyəcək. Düzdür, rəqs nömrələri düşünürük. Amma bunu şablon, təkrarlamaq şərti ilə etməyəcəm. Tamam fərqli bir şou olacaq. Bir də əsas diqqəti mahnılarıma verəcəm.- Yəni?- Mahnılarımın çoxu orijinal versiyadan kənara çıxacaq. Yəni, tamamilə dəyişdiriləcək. Uzun zaman bunun üzərində işlər görüləcək. Bu tərzdə heç vaxt oxumadığım üçün yenilik kimi qəbul ediləcək. Həm də məşqləri çatdıra bilsəm, özüm də səhnədə rəqs etməyi düşünürəm. - Rusiya şou-biznesinin elementlərini bu layihədə göstərə biləcəksən?- Əvvəla işıq effektlərini Rusiyadan gətirmək niyyətindəyəm. Bir az əvvəl dediyim mahnıların yeni variantda işləməsinə «Rusiyasayağı» yanaşacağıq. Yəni, həmişəki Azərbaycan musiqiçi elementlərindən burada heç nə olmayacaq. Seçilmiş musiqiçilər sırf peşəkarlardan ibarət olacaq. Sanballı estarda səsləndirmək istəyirəm. Yəni, toy elementlərini böyük səhnəyə gətirməyi düşünmürəm. Yeni oxumaq tərzimi də burada göstərəcəm. Bir də ingilis və rus dilində mahnılar olacaq. Maks Fadayevin mənim üçün yazdığı «Həbibi» mahnısı da burada səslənəcək.- Röya konsertlərində «W trio»nu bir araya gətirib. Sən belə bir şey düşünmürsən?- Bu ay üçün olan konsertimdə yalnız özüm oxuyacağım üçün belə bir niyyətim yoxdur. Ola bilsin, payızdakı konsertimdə gözlənilə bilər. - Səni şou-biznesin ən qəzəbli sənətçisi kimi tanıyırıq. Yəni, əksər vaxtlarda əhval-ruhiyyən yerində olmur. Səni çox əsəbləşdirirlər?- Xasiyyətimin şəxsi həyatımla heç bir bağlılığı yoxdur ki, deyim nə isə məni əsəbləşdirib. Sadəcə, gündəlik iş qrafikindən çox yoruluram. Bəzən o qədər maneələrə rast gəlirəm ki, əsəbləşməmək olmur. - Dostların deyir ki, Natəvanın gözləri əhval-ruhiyyəsinin necə olduğunu açıq şəkildə göstərir.- Sevinirəm ki, hisslərimi olduğu kimi göstərə bilirəm. Gizlətmirəm. Bəziləri kimi qeyri-səmimi olub, yalandan don geyinmirəm. Yalnış ünvana «Sən necə də gözəlsən, ağıllısan» demirəm. Bu gün mən necəyəmsə, onu da görə biləcəksən. Amma əhvalım hər gün pis olmur. Elə vaxt olur ki, 100 faiz özümü şən hiss edə bilirəm. Bu günə gəlincə, sizinlə görüşənə kimi məni bir neçə yerdə əsəbləşdirdilər. Yaxşı ki, arada boş vaxt tapıb dəniz kənarına getdim. Təsəvvür edin, bəlkə də yüz ildir, bulvarda olmamışdım. Əsəbdən o vəziyyətə düşmüşdüm ki, ürəyim ancaq ora getmək istədi. Havamı dəyişdim və boş bir kafe tapıb köməkçilərimlə birlikdə orada oturduq. Bir az özümə gəldim. Bu seçimi etməsəydim, indi daha da əsəbi olardım. - Ürəyin bu səbəbdən sözünə baxmır?- Ürəyim artıq 4 il idi sözümə baxmırdı. Belə deyək, ürəyim fəaliyyətini dayandırmaq ərəfəsində idi. Həkimlərin sayəsində güclə onu həyata qaytardılar. Rusiyada bir müddət müalicə kursu keçdim. İndi hər il ürəyimə həkim müdaxiləsi olur. Özüm da onu diqqətdən kənarda qoymuram. Yoxsa, məni yarıyolda buraxar. - Şəxsi həyatının da uğursuz məqamları olub. Nişanını qaytarmısan, bir neçə dəfə nakam sevgindən danışmısan. Bunların ürəyə yəqin, az təsiri olmayıb…- Özümə söz vermişəm ki, şəxsi həyatmıla bağlı bir kəlmə olsun danışmayacam. Çünki dediklərimin hamısı «minus» olaraq özümə qayıtdı. Hal-hazırda şəxsi həyatımda hər şey yaxşıdır. Bunu etiraf olaraq sizə deyirəm. Yəni, bu tərəfdən məni əsəbləşdirən, incidən bir şey yoxdur. Şəxsən mənim üçün, ümumiyyətlə hər bir qadın üçün şəxsi həyat heç vaxt ikinci planda olmayacaq. Bir az əvvəl dediyiniz uğursuzluqlara gəlincə, nişan üzüyümü qaytarmağım məni bir o qədər kədərləndirmədi. Vaxtında düzgün addım atdığımı düşünürəm. Çünki bir az sonra gec olardı və bunu etmədiyimə görə peşmançılıq hissi yaşayardım. - Barmağındakı üzükdən adətən nişanlı qızlar taxırlar. Bəlkə, gizlində saxladığın yenilik var?- Bu üzük ad günümdə hədiyyə olunub.- Sevdiyin insanın hədiyyəsidir?- Yox. Hər iki əlimdə üzük görürsünüz. Bunların ikisini də ad günümdə yaxın dostlarım hədiyyə ediblər. Siz deyən üzüyü isə şairlərimizdən biri verib. Hər ikisi sanballı, adlı-sanlı insanlardır. - Son günlərə qədər fanat ordusunu itirmək qorxusunda olan gənc nəsil bu gün ailə həyatını ön plana keçirərək, nigaha daxil olur. Natavan bu baryeri nə vaxt aşmağı düşünür?- Mən ailə məsələləri ilə bağlı qəti qərarlar vermişəm. Yəni, bu gün mənim toyumdur, deməli, elə həmin gündən sənətlə vidalaşacam. Bu, mənim qəti fikrimdir. Əgər mən ailəli xanımamsa gecə yarısı evdən çıxıb şou-proqrama, toylara gedə bilmərəm. Hətta həyat yoldaşım bunu istəsə belə. Ancaq, ürəyimdəki emosiyaları çıxarmaq üçün ildə bir-iki yeni mahnı yazdırıb, radio dalğalarına verərəm, vəssalam. Bu səbəbdən də ailə həyatı qurmağa tələsmirəm. - Gələcək həyat yoldaşının qarşısında şərtlərin olacaq?- Əlbəttə. Əgər mən ailəmə görə sənətimdən keçirəmsə, bu günkü ehtiyaclarımı o məndən də üstün səviyyədə qarşılamağa qadir olmalıdır. - Əgər sənətlə vidalaşacaqsansa, ehtiyac nəyə deyirsən?- Yəni, nəinki məni, ailəmi də saxlamağa qadir insan olmalıdır. Yəni, mənim anam, doğmalarım üçün çəkdiyim xərci öz üzərinə götürməyi bacarmalıdır. Başqa cür olacaqsa, nəyə görə, mən onunla ailə həyatı qurmalıyam? Tək başına işimi işləyib, pulumu qazanıb, ailəmi də dolandıraram. Ailə həyatı qururamsa, normal qadınlar kimi evdə oturub, həyat yoldaşımın yolunu gözləməliyəm. O da pulunu qazanıb, ailəmi, uşağımızı saxlamalıdır. Yəni, mənim bu günkü yükümü öz çiyinlərində daşımağı bacarmalıdır. Əgər bu gün toyum olacaqsa, sabah başqa bir toya gedib kişilərin qarşısında oxuyacamsa, bunu həzm edə bilmərəm. Belə bir həyatı özümə arzulamıram. Bu səbəbdən də evlənmək işini bir qədər yubadıram, kriteriyalarıma uyğun insanın çıxmasını gözləyirəm. - Bu gün Rusiya şou-biznesi üçün uzunmuddətli planlar hazırlayırsan. Ehtimal etmirsən ki, ailə həyatı böyük səhnəyə açılan karyeranın üzərinə xətt çəkə bilər?- Ona görə də, tezliklə ailə həyatı qurmayacağımı yəqin etmişəm. Elçilərimi gözlədirəm (gülür). Onlar bu gün məndən ailə həyatı qurmağı gözləməsinlər. Dediyiniz kimi Rusiya üçün nəzərdə tutulan işlərim uzun zaman aparacaq. Bunlar həm Rusiya, həm də Azərbaycan üçün nəzərdə tutulan işlərdir. Bu səbəbdən də şəxsi həyatımı hələlik yaradıcılığıma qurban vermişəm. Bəlkə də, bunun gələcəkdə peşimanlığını çəkə bilərəm. Amma içimdəki yaradıcılıq emosiyalarını çıxarmadan, nigah masasına otura bilmərəm. - Rusiya ilə bağlı olan planların barədə üstüörtülü olsa da, ağız dolusu danışırsan. Bunun həlli olaraq hələki səndən klip və mahnılar görə bilmişik. Standartlardan kənara çıxıb, daha böyük işlər görmək bu planlara daxildir?- Bunlar planların başlanğıcı üçün görülən işlər idi. Planlar həddindən artıq çoxdur və böyükdür. Amma danışmaq istəmirəm, ona görə ki, tez insanı daşlamağa başlayacaqlar. Bunu həyatda çox görmüşəm. İşlərimi əvvəlcə göstərib, sonra danışmaq istəyirəm…Xədicə
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости