Nadir: "Faiqdən fərqli olaraq mənim videolarım yayılmayıb"

Nadir: Faiqdən fərqli olaraq mənim videolarım yayılmayıb
Шоу-бизнес 15
269369461_untitled-1-copy.jpg|--> Xalq artisti Faiq Ağayev və müğənni Nadir Qafarzadə arasında illərdir davam edən gərginlik səngimək bilmir. Bu dəfə Nadir Qafarzadəni Faiq Ağayevin ANS-də gedən müraciəti əsəbiləşdirib. Müğənni ANS-lə əlaqə saxlayaraq belə deyib: “Dünən Tərtərdə düşmənlə üzbəüz dayanan əsgərlərimizə konsert vermişəm. Mən onun kimi boş oturmamışam ki, boş-boş sözlər danışım. Onun mənə ünvanladıqlarını yazsanız da xeyri yoxdur. Artıq Faiq Ağayevin fikirləri heç kimə maraqlı deyil. Xalq mənim dediklərimə inanır, ona yox!" Mənim adım Nadirdir, yaxşısı budur siz ondan "Faina"nın, ya da "Fiona"nın kim olduğunu soruşun. Gör kim məni hədələyir? Mənim haqqımda nə istəyir desin, şükür Allaha! Faiqdən fərqli olaraq mənim videolarım yayılmayıb".Nadir Qafarzadə bütün bu qalmaqalları Faiq Ağayevin başladığını deyir: “O, mənə mikrofonu ona görə vermədi ki, oxuya bilməyib pərt olum. Mənə mikrofonu Allahım verib! Ondan fərqli olaraq, mikrofonsuz da oxuya bilirəm. Bu yaxınlarda barışıq üçün yanıma adamlarını göndərmişdi, razılaşmadım. Çünki, o, pis adamdır. Bir günün içində dönüb yaxşı adam ola bilməz! O, konsertdə mənim çıxışımı elan etməyi özünə sıxışdırmadı. Bunun əksini etsəydi, mən səhnədən ona təşəkkür edərdim və bayramını təbrik edərdim. Onun təkcə mənimlə konflikti olsaydı, haradasa məni günahlandırmaq olardı. Faiq Ağayevin düşmən münasibətdə olduğu adamların siyahısı uzundur; Flora Kərimova, Nisə Qasımova, Əli Mirəliyev, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Abbas Bağırov və Almaz Ələsgərli. İlhamə Quliyeva, Nazpəri Dostəliyeva və Aygün Kazımova ilə münasibətləri yeni düzəldib. İndi özünüz fikirləşin, necə ola bilər ki, adlarını sadaladıqlarım hamısı pis adamdır, təkcə Faiq yaxşıdır?"Xatırladaq ki, Nadir Qafarzadə mart ayının 17-də ATV-nin efirində canlı yayımlanan “Xeyir ola” verilişində Faiq Ağayevin ünvanına xoşagəlməz ifadələr işlətmişdi. Xalq artisti isə təhqirlərə cavab olaraq ANS vasitəsi ilə Nadir Qafarzadəyə adekvat müraciət ünvanlamışdı.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости