Mematinin filmi çəkilir

Mematinin filmi çəkilir
Шоу-бизнес 4
“Pana Film” Çakırı razı salmağa çalışır “Kurdlar Vadisi İraq”, “Muro” və “Kurdlar Vadisi Qladio” filmləri ilə uğur qazanan “Pana Film” bu dəfə “Kurdlar Vadisi” teleserialının sevilən xarakteri olan Mematinin həyatı haqqında film çəkməyə hazırlaşır. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, film Mematinin uşaqlığından başlayaraq, onun Polad Alemdarla tanış olana qədərki həyatını əhatə edəcək. “Pana Film” yetkililəri “Kurdlar Vadisi”nin əvvəlki bölümlərində Süleyman Çakır rolu ilə əfsanələşən Oqtay Kaynarcanı da bu filmdə çəkilməsinə razılıq verməsi üçün dilə tuturlar. “Muro” və “Kurdlar Vadisi Qladio” filmlərindən fərqli olaraq, Mematinin həyatından bəhs edəcək bu filmdə Abdülhey (Kənan Çoban) ve Polad Alemdar (Necati Şaşmaz) da rol alacaqlar.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости