“Memati” 5 ilde 300 adam oldurub
12
дек
2009
12:20
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| O, baxışlarını yırtıcıdan öyrənib“Qurdar Vadisi”nin “Memati”si Gürkan Uyqun Türkiyənin “Kanaltürk” telekanalında yayımlanan “Orada nələr olur” adlı verilişdə bu teleserial və öz rolu ilə bağlı maraqlı açıqlamalar verib. Lent.az-ın verdiyi məlumata görə, Gürkan Uyqun “Mematinin qatil baxışları”nın sirrini öyrənmək üçün “National Geography” və “Discovery Channel” televiziyalarında heyvanlara həsr olunmuş sənədli filmlərinə baxdığını və yırtıcı quşları izlədiyini söyləyib. O deyib ki, qatil baxışlarını da quşlardan öyrənib: “Xüsusən qırğılar mənə yardımçı oldu. Yuvaya gəlişlərini, səsə qarşı reaksiyalarını əzbərlədim. Bəzən özümü televiziyada izləyərkən “zorakılıq həddini keçdimmi?” deyə özümə sual verirəm. Küçəyə çıxanda isə yanıma gəlib “əllərin var olsun, yaxşı öldürdün!” deyirlər, təəccüblənirəm”.Həmişə “Memati” kimi davranmasının psixologiyasını pozduğunu söyləyən Gürkan Uyqun bildirib ki, bu səbəbdən ayda bir dəfə ailəsini və ən yaxın dostu Rıdvan Dilmeni də götürərək İzmit şəhərindəki Değirmendere adlı kəndlərinə gedir: “Orada sakitləşib geri dönürük”. Teleserialda indiyə qədər 300 nəfəri “öldürdüyünü” dilə gətirən Gürkan Uyqun 3 ildir ki, “Beşiktaş” komandasının oyunlarına baxmaq üçün stadiona gedə bilməməsindən də şikayətlənib: “Sonuncu dəfə 2007-ci ildə “Beşiktaş”ın oyununa baxmaq üçün stadiona getdim. Tirbunalardan “Memati, hakimin topuğundan vur” deyə bağırmağa başladılar. O qədər sıxılıb utandım ki, bir da futbola baxmağa getmədim”. |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...