Maykl Ceksonun xəstəliyi QİÇS-dən də təhlükəlidir

Maykl Ceksonun xəstəliyi QİÇS-dən də təhlükəlidir
Шоу-бизнес 65
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun yoluxduğu xəstəliyin QİÇS-dən daha təhlükəli olduğu iddia edilir. İngiltərənin “The Sun” qəzeti müğənninin çox təhlükəli dəri xəstəliyi olan MRSA-ya yoluxduğu barədə xəbər yayıb. Qəzet iddia edir ki, infeksiya 50 yaşlı pop ulduzun bütün bədəninə yayılıb, onun əl və üz dərisi soyulmağa başlayıb. Məşhur müğənninin cərrah həkimi Antoni Youn onun bu xəstəliyə plastik cərrahiyyə əməliyyatı zamanı yoluxduğunu güman edir. Həkim Maykl Ceksonunun dərisinin öz-özünə soyulduğunu təsdiqləyib. “Bu xəstəlik yara vasitəsilə yoluxur. MRSA kimi tanınan bakteriyalar bədəninə girəndiyi insanın yaraları şəkər xəstələri kimi sağalmır, getdikcə dərinləşir, uşaqlarda ölümcül olur. Bakteriyanın törətdiyi yaranın qarşısını alacaq bir dərman yoxdur, bu, QİÇS-dən də təhlükəli xəstəlikdir”, - deyə həkim vurğulayıb.PS: Bəs Siz Maykl Ceksonun fanatı olmusunuz? Bir zamanlar hamı ancaq Maykl Cekson deyende sizde onlardan idiniz ?Öz fikirlərnizi bildirməyə unutmayın!
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости