Maykl Cekson İslama uyğun basdırılacaq

Maykl Cekson İslama uyğun basdırılacaq
Шоу-бизнес 16
“Yəhova şahidləri” dini cərəyanına etiqad edən ailədə doğulan Mikayıl Cekson müsəlman olubMaykl Ceksonun yaxınları artıq əfsanəyə çevrilən müğənnini İslama uyğun dəfn etmək fikrindədirlər. BaKu.Ws-ın “Hindustan Times”ə istinadən verdiyi məlumata görə, onun ailə üzvləri müsəlman dəfn mərasimi ilə tanış olurlar: “Onlar Mayklın bir qədər əvvəl özü üçün kəşf etdiyi dinə uyğun basdırılmasını istəyə biləcəyini düşünürlər”.Mənbə bildirib ki, Mayklın böyük qardaşı, İslamı çoxdan qəbul edən Cermen ailəsini müsəlman adətləri ilə tanış etməyə başlayıb. Çünki o, qardaşının İslam qaydalarına uyğun basdırılmasının əhəmiyyətini başa düşür.Bundan əvvəl Ceksonun bu həftənin sonunda basdırılacağı ilə bağlı məlumat yayılsa da, hələlik onun harada dəfn ediləcəyi ilə bağlı məlumat yoxdur.Qeyd edək ki, Maykl Ceksonun rəsmi olaraq ötən ilin noyabrında İslamı qəbul etdiyi bildirilir. Onun İslamı qəbul etməsi dostunun Los-Ancelesdəki evində baş verib. Cekson müsəlman qaydalarına uyğun olaraq Mikayıl adını götürüb.Şahidlər bildirirlər ki, Cekson yerdə oturubmuş. Dəvət edilən imam isə ona şəhadəti təkrar etdirib.Mayk Cekson “Yəhova şahidləri” dini cərəyanına etiqad edən ailədə doğulub. Amma sonuncu prodüseri və mahnılarının müəllifi ilə dini mövzularda söhbət etdikdən sonra müsəlman olmaq qərarına gəlib. 1989-cu ildə İslamı qəbul edən və hazırda Bəhreyndə yaşayan Cermen də qardaşının son zamanlar İslamla ciddi maraqlandığını və çoxlu ədəbiyyat oxuduğunu bildirib: “Mən Məkkədən qayıdandan sonra ona çoxlu kitab gətirdim. O, mənim dinim haqqında soruşmağa başladı. Mən İslamın dinc və gözəl olduğunu söylədim”.Cermen hələ 2007-ci ilin fevralında qardaşının müsəlman olacağını proqnozlaşdırıb: “Mən güman edirəm ki, Mayklın İslamı qəbul edəcəyi tamamilə mümkündür”. Cermen yanılmayıb...
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости