Maykl Cekson ölümünün səbəbi məlum oldu!

Maykl Cekson ölümünün səbəbi məlum oldu!
Шоу-бизнес 18
Pop kralı ölümcül dozada propofol qəbul etdiyinə görə vəfat edibPop kralı Maykl Ceksonun ölümü şəraiti ilə bağlı istintaq aparan müstəntiqlər müğənninin ölümünün səbəbini açıqlayıblar. Istintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofol ölümcül dozada qəbul edilməsindən vəfat etdiyini bildirib.Hüquq-mühafizə orqanlarındakı səlahiyyətli şəxs Ceksonun öldüyü zaman onun yanında olan şəxsi həkimi Konrad Mürrey haqqında cinayət işi qaldırılacağını açıqlayıb. Ceksonun ölüm günü həkimin ona 25 mq propofol verdiyi məlum olub. Bundan başqa, Mürrey iyunun 25-də gecə ona bir neçə güclü preparat, o cümlədən valium (diazepam), ativan (lorazepam) və versed (midazolam) qəbul etdirib. Mürrey istintaqa ifadəsində bildirib ki, dərmanları verəndən sonra hər iki dəqiqədən bir Ceksona nəzarət edirmiş. Lakin sonuncu dəfə ona baxanda nəfəs almadığını görüb. Həkim Ceksona dərmanı öz xahişi ilə verdiyini də vurğulayıb. Leyla

Последние новости