Martın 1-də Tarkan məhkəmə önünə çıxarılacaq
01
мар
2010
00:25
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Müğənninin meneceri: Tarkanın evindən kokain çıxması qurama bir iş deyil, həqiqətdirİki gün əvvəl narkotik maddə istifadəçisi olduğu üçün həbs edilən və evindən kokain tapılan Türkiyənin meqa-starı Tarkan Tevetoğlu hələ də İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) təcridxanasında saxlanılır. Sənətçinin meneceri və prodüseri Uyqar Ataş APA-ya açıqlamasında Tarkanın bazar ertəsinə qədər polisdə saxlanılacağını və həmin gün məhkəmə önünə çıxarılacağını deyib. Məhkəmə ya həbs-qətimkan tədbiri seçəcək, ya da Tarkanın istintaq müddətində azadlıqda qalmasına qərar verəcək.U. Ataş bildirib ki, Tarkanın həbsi ilə əlaqəli detallar istintaq sirri olduğundan hələlik açıqlanmır: “Hazırda Tarkanın ifadəsinin alınması davam edir. O, bazar ertəsi, yəni martın 1-də məhkəmə önünə çıxarılacaq. Tarkanın evindən kokain çıxması qurama bir iş deyil, həqiqətdir. Lakin bu barədə ətraflı məlumat yaymağa icazə verilmir. Bazar ertəsi məhkəmə iclası keçirildikdən və nəticə məlum olduqdan sonra geniş məlumat vermək mümkün olacaq. Tarkanla birgə bu iş üzrə daha 10 nəfər tutulub və onların da ifadəsi alınır. Bu durumda ümidimiz ancaq Allahıdır və ondan kömək gözləyirik”.Uyqar Ataş Tarkanı məşhur vəkil Yunus Egemenoğlunun müdafiə etdiyini söyləyib. Meqa-starın hazırda özünü yaxşı hiss etdiyini də vurğulayan menecer, Tarkanın pərəstişkarlarının çox sarsıldığını dilə gətirib: “Hər an telefonlarımıza zəng gəlir. Tarkanın pərəstişkarları çox narahatdır və tez bir zamanda onun azadlığa buraxılmasını arzulayırlar”. |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...