Məşhur komediya aktyoru öldü
29
ноя
2010
11:19
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Məşhur amerikalı komediya aktyoru Lesli Nilsen 84 yaşında vəfat edib. Aktyor noyabrın 28-də dostları və qohumlarının əhatəsində gözlərini yumub.Hələlik aktyorun ölüm səbəbləri açıqlanmır. Nilsenin nə zaman və harada basdırılacağı da məlum deyil.1926-cı ildə Kanadada doğulan Lesli Nilsen ilk dəfə ekranlarda 1950-ci illərdə görünüb. O, bir neçə teleşouda və reklam çarxında çəkilib. Nilsenin filmoqrafiyasında müxtəlif janrlı filmlər, o cümlədən qəza janrındakı “Poseydonun» macəraları” (1972-ci il) filmi olub. Amma ona həqiqi populyarlığı komediya filmlərindəki rolları gətirib. Onun uğurlu komediya aktyoru kimi karyerası isə 1980-ci ildə ekranlara “Aeroplan” filminin çıxması ilə başlayıb. “Çılpaq tapança” trilogiyası (1988, 1991 və 1994-cü illər) trilogiyası isə ona dünya şöhrəti gətirib. O, 2003 və 2004-cü illərdə “Çox dəhşətli kino” filminin üçüncü və dördüncü hissəsində ABŞ prezidentini canlandırıb. Aktyorun televiziyadakı karyerası da kifayət qədər uğurlu olub. Aktyor iki dəfə “Emmi” mükafatına irəli sürülüb. İlk dəfə 1982-ci ildə “Polis dəstəsi” komediya serialındakı roluna görə, ikinci dəfə 1988-ci ildə “Gün ardınca gün” serialındakı roluna görə. Sonuncu serialda o, xüsusi dəvət olunan ulduz kimi iştirak edib.Qeyd edək ki, Lesli Nilsenin 2008-ci ildə vəfat edən böyük qardaşı Erik Nilsen 1984-1986-cı illərdə Kanada baş nazirinin müavini olub. Aktyor 4 dəfə evlənib. Onun ikinci evliliyindən iki övladı var.
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...