Müğənni Zamiqin konsertində Röyadan sürpriz dilək

Müğənni Zamiqin konsertində Röyadan sürpriz dilək
Шоу-бизнес 9
“O gün olsun, sənin də həyat yoldaşın belə vəziyyətdə olsun”Dünən Bakıda Yaşıl Teatrda gənc müğənni Zamiqin ilk solo konserti keçirilib. BaKu.Ws-ın məlumatına görə, müğənni həmin gün həm də doğum gününü qeyd edib. Konserti izləməyə gələnlərin əksəriyyəti dəvətli müğənnilər və telekanal əməkdaşları olub: Faiq Ağayev, Röya, Abbas, Lalə Məmmədova, Natəvan Həbibi, Samirə, İradə İbrahimova, Namiq Qaraçuxurlu, Elnur, Xatirə, Rəhim Rəhimli, Rəqsanə, bəstəkar Nailə Mirməmmədli, aktrisa Vəfa Zeynalova, teleaparıcılar Murad Arif, Könül Arifqızı, Hüsniyyə və digərləri.Konsert saat 8-də başlanmalı olsa da, bir qədər gecikib və qonaqlar alqışlarla və “Zamiq!” çağırışları ilə müğənnini səhnəyə çağırıb. Nəhayət 20:41-də müğənni səhnədə görünüb. Ağ kostyumda səhnəyə çıxan Zamiq olduqca həyəcanlı görünüb. Müğənni ilk mahnısını da fonoqramla ifa edib. İlk mahnıdan sonra ifaçı həyəcandan az qala ürəyinin partladığını deyib. Tez-tez su içərək özünü və səs tellərini rahatlamağa çalışan Zamiqin dadına səs rejissoru “yetib”. Səhnədə özünü eşitmədiyini açıqlayan müğənni səs təchizatında problem olduğunu diqqətə çatdırıb. Konserti teleaparıcı Nəsib Nur idarə edib. Nəsib Nurun rahat səhnə davranışları belə Zamiqi özünə gətirə bilməyib. Müğənni səs imkanlarından həmin gün lazımi qədər yaralana bilməyib. Müğənni Röya ilə duet konsert məkanını bir qədər hərəkətə gətirib. “Şirin röya kimi” mahnısını birlikdə ifa edən ikili maraq dairəsində olub. Açıq-saçıq davranışlar və replikaları ilə məşhur olan Röya bu dəfə də tamaşaçıların nəbzini tuta bilib. Hamiləliyinin son aylarını yaşayan müğənninin qəribə xeyir-duası tamaşaçıları doyunca güldürüb: “Mən gecəmi şirin röya kimi keçirib bu hala düşdüm, o gün olsun, sənin də həyat yoldaşın belə vəziyyətdə olsun”. Yeri gəlmişkən, köhnə rəfiqələr Natəvan və Röya bir addım məsafədə otursalar da bir-birinə salam da verməyiblər. Konsertdə Zamiqlə duet oxuması gözlənilən Natəvan hətta tədbiri yarımçıq tərk edib. Zamiq səhnədən Natəvanı axtarmalı olub: “Hanı Natəvan, biz onunla duet oxuyacaqdıq…”Konsertin irəliləyən dəqiqələrində Zamiq bir qədər özünə gəlib. Ən çox populyar mahnılar oxuyan ifaçı “Azəri qızlar” üçlüyü ilə birlikdə “Sarı gəlin”i ifa edib. Yadda qalan məqamlardan biri də Zamiqin hər ifadan sonra tamaşaçıları alqışa səsləməsi və tamaşaçıların qarşılıq verməməsi olub. Bir qrup fanatların “Zamiq” çağırışları belə konsertin sonuna qədər salonu canlandıra bilməyib. Zamiqin tamaşaçılarla söhbəti də uğursuz alınıb. Müğənni hər mahnının sonunda oxuduğu mahnıların müəlliflərinə təşəkkür ünvanlayıb. Birinci hissənin sonuna yaxın Zamiqin ad günü tortu kəsilib. Tortun fasilə anlarında tamaşaçılara paylanılacağı elan edilsə də, bu baş verməyib. İkinci hissədə Zamiq yeni albomunu təqdim edib. İfaçı Sevda ilə virtual duet təqdim edib, ifaların əksəriyyəti fonoqram olub. Müğənni konsertin ikinci yarısında idman üslubunda geyimlə səhnəyə çıxmaqla, iki geyim dəyişdirib.Qeyd edək ki, proqramda 26 mahnı oxuması gözlənilən Zamiq çıxışlarının sayında ixtisarlar etməli olub. Lalə Yusifqızı
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости