Müğənni Kərim nişanlısından ayrıldı
03
ноя
2010
09:28
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
288723669_0.jpg|--> İkinci evliliyi barədə dəfələrlə mətbuata açıqlama verən Kərimin nişanlısından ayrıldığı xəbərini öyrəndik. BaKu.ws portalının məlumatına görə, ötən gün ANS telekanalının «Toy olsun» verilişinin qonağı olan müğənni özünü evliliyə iddialılar sırasında görüb. Müğənni subay xanımlara səslənərək bunları deyib:«Mən evinə, ailəsinə bağlı olan bir xanımla evlənmək istəyirəm. Bir məqamı xüsusilə qeyd edim ki, bizim ailədə səliqə-səhmana xüsusi diqqət yetirilir. Mən də gələcək həyat yoldaşımın səliqəli, təmizkar ev xanımı olmasını istəyirəm. Əks təqdirdə, fikirlərimizdə haçalıq yarana biləcək».Qeyd edək ki, veriliş boyu evliliyə namizədlər arasında ən çox qəbul edilən zənglər Kərimin ünvanına olub. 100-dən çox xanım onunla ailə həyatı qurmaq istəyini dilə gətirib. Bunların sırasında bölgələrdən də namizədlər olub. Amma Kərimin kimin adı üzərində seçim edəcəyi, ümumiyyətlə, ikinci nikah addımını nə zaman atacağı hələ bəlli deyil.Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Kərim nişanlısından ayrıldığını təsdiqlədi. Onunla fikirlərinin üst-üstə düşmədiyini dedi. Xatırladaq ki, hələ bir il əvvəl Kərim qonşuluğunda bir xanımı sevdiyini və onunla nişanlandığını bildirmişdi. Bundan sonra növbəti dəfə portalımıza açıqlama verərkən Kərim nişanlısı ilə aralarında problem olduğunu etiraf etmişdi. İndi isə o, artıq ayrıldıqlarını bəyan etdi.Xatırladaq ki, iki il əvvəl prodüser Təranə Səmədova ilə müğənni Kərim boşanıblar. Xədicə
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...