Kurtlar Vadisi - BAKIDA

Kurtlar Vadisi - BAKIDA
Шоу-бизнес 64
Bu gün axşam saat 20-də Türkiyənin məşhur aktyoru, “Kurtlar Vadisi” serialındakı Polad Ələmdar rolu ilə məşhur olan Necati Şaşmaz Bakıya gəlib.Aktyoru nəinki media işçiləri, eləcə də sadə insanlar da qarşılamağa gəlib. Necati Şaşmaz izdihamı “Azərbaycanda olmaqdan məmnunam” sözləri ilə salamlayıb. “Polad Ələmdar” mətbuatın suallarını cavablandırmayıb.Lent.az-ın müxbirinin əldə etdiyi məlumata görə, aktyor 4 gün Bakıda qalmaq niyyətindədir. O, “Qafqaz” otelində gecələyəcək, martın 18-də isə Qəbələyə yola düşəcək. Xatırladaq ki, bundan əvvəl filmdə “Abdülhey” rolunun ifaçısı Kənan Çoban, “Tuncay” rolunun ifaçısı Osma Wöber, “Güllü Erhan” rolunun ifaçısı Erhan Ufaq və “Polad Alemdar” sürücüsü “Cahid” obrazını canlandıran aktyor bu gün saat 14.20 radələrində Türk Hava Yollarına məxsus təyyarə ilə Bakıya gəliblər.Səfərin məqsədi açıqlanmasa da, aktyorların Türkiyə və Azərbaycanın müştərək istehsalı olan filmin çəkilişləri üçün Azərbaycana gəldiyi güman olunur. FƏRİD ƏKBƏROV
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости