Hadisəni iki saat gözləməyə dəyərdimi?

Hadisəni iki saat gözləməyə dəyərdimi?
Шоу-бизнес 6005
Bu gün Yaşıl Teatrda Türkiyənin “Eurovision 2009” yarışmasında təmsil edən Hadisənin konserti keçirilib.BaKu.Ws-ın əməkdaşı konsertdə bir sıra maraqlı məqamlar müşahidə edib. Konsert insanların dincəlməsi və əylənməsindən daha çox əziyyət çəkməsi və əsəbilik keçirmələri ilə yadda qalıb. Tamaşaçılar dəfələrlə öz etirazlarını əsəbi alqışlarla bildiriblər. Amma üç dəfə Bakıya gəlməyə cəhd göstərmiş Hadisə xanım bunları eşidə bilməyib. Çünki o, konsertin keçirildiyi məkana, nə az, nə çox düz saat yarım tamaşaçısından gec gəlib. Dəvətnamələrdə (biletlərdə yazmırıq, çünki keçirdiyimiz kiçik sorğu nəticəsində konsert üçün bilet alan tamaşaçı tapa bilmədik) konsertin başlanma saat 20.00 göstərilsə də, konsert 21.38-də başlayıb. Konsertin başlamalı olduğu saatdan 40 dəqiqə sonra “Eurovision 2009” yarışmasında Azərbaycanı təmsil edən Aysel Teymurzadə Yaşıl Teatra gəlib. Saat 21.00 radələrində isə Hadisə cangüdənlərin müşayiəti ilə hadisə yerinə varid olub. Hətta onun ekibi belə konsert salonuna özündən 10 dəqiqə öncə gəlib. Hər halda bu, cəmi bir neçə həftə əvvəl Hadisədən daha çox Türkiyəyə səs verən Azərbaycan tamaşaçısına layiq olmayan bir rəftar tərzi idi. Bomboş səhnə ikinci hörmətsizliyin təzahürü idi. Hadisə səhnədə fonoqram və “minisovka”larla oxuyub cəmi 4 nəfərlik rəqs heyətinin müşayiəti ilə rəqs etdi. Onu iki saata yaxın gözləyən tamaşaçı əsəbiliyini səhnəyə gəlişini alqışlamamaqla bildirdi. Hadisə onu tanıdan və ilk beşliyində yer alan mahnıları “Dum tek-tek” də daxil olmaqla oxuyandan sonra səhnəyə yenə də eyni tərzi və iki ay ərzində sanki heç əynindən çıxarmadığı “Eurovision” geyimi ilə Aysel Teymurzadə gəldi. O da özünün ifadə etdiyi kimi Araşsız bir “Always” oxuyandan sonra iki saata yaxın gecikmiş konsertdə fasilə elan edildi. Elə bu vaxt da Yaşıl Teatrın əməkdaşları onsuz da əsəbi olan tamaşaçını daha da sinirləndirdilər. Konsertin başlanğıcında təşkilatçılarla teatr əməkdaşları arasında olan anlaşılmazlıq ucbatından media işçilərinin əraziyə daxil olmasına mane olub, onları bir saata qədər qapı arxasında gözlədən teatr əməkdaşları bu dəfə də tamaşaçıların zaldan çıxmasına imkan vermirdilər. Qapıları bağlayan və açarın naməlum, heç bir vəchlə tapılmayan “əməkdaşda” olduğunu deyən mühafizəçilər konserti tərk etmək istəyən tamaşaçıları pilləkənlərdə xeyli “idman etməyə” və əsəbilik keçirməyə məcbur etdilər... Bu qədər ciddi sponsorların adının keçdiyi konsertin belə təşkilinə təəssüflənməyə bilmirsən. Nə Hadisəyə, nə konsertin təşkilatçılarına, nə də Yaşıl Teatrın rəhbərliyinə kimsə adamların istirahət saatlarını bu qədər bərbad etmək, gözəl keçirmək üçün hazırlaşdıqları bir axşamı bu qədər mənasızlaşdırmaq haqqını tanımayıb! Hadisənin ikinci hissədə nə göstərdiyini müşahidə etmədik. Amma birinci hissədəki anonsuna görə, Maykl Ceksonu yad edəcəkdi. Maykl Ceksondan demişkən, biz Bakı səhnəsində dünya starlarını izlədik, onlar tamaşaçılarını 30 dəqiqədən artıq gözlətmədilər və heç vaxt qarşımıza “minisovka”ları ilə çıxmadılar, Hadisə xanım...day.az
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости