Hadisə də ermənilərə “açıldı”...

Hadisə də ermənilərə “açıldı”...
Шоу-бизнес 1
Türk müğənni erməni müğənnilərlə birgə oxumaq istəyirBu il Türkiyəni “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş müğənni Hadisə Türkiyə hökumətinə və ölkənin Futbol Federasiyasına müraciət edib. Hadisə bu il oktyabrın 14-də Türkiyə və Ermənistan futbol komandaları arasında Türkiyədə keçiriləcək oyundan əvvəl Ermənistanı bu il “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş İnga və Anuşun mahnı oxumasını istəyir. Hadisə özü də həmin gün erməni müğənnilərlə birgə səhnəyə çıxmaq niyyətindədir. O, Türkiyə hökumətinin və Futbol Federasiyasının bu istəyə dəstək verməsini istəyib. Hadisənin fikrincə, bu, hər iki ölkənin vətəndaşlarına, dünyaya sülhlə bağlı gözəl mesaj olar.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости