Hüseyn Dəryanın qəfil Moskva səfəri nə ilə bağlıdır?
22
сен
2010
10:59
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Ötən gün reper Hüseyn Dəryanın Salyan şəhərində solo konserti keçirilməli idi. Lakin musiqiçi proqramı təxirə salıb. Səbəb onun 19 sentyabr tarixlərində Bakıda olması olub. Reperin həyat yoldaşı Sona xanımın Milli.Az xəbər portalına bildirdiyinə görə, Hüseyn ona ötən həftə telefon açaraq təcili Moskvaya getməli olduğunu bildirib: «Hava limanından zəng vurmuşdu. Dedi ki, evə qayıtmağa vaxtı yoxdur. Təcili işi ilə bağlı Moskvaya getməlidir. Qeyd etdi ki, konsertə kimi Bakıya qayıdacaq. Amma onun bir neçə gündən sonra olan növbəti zəngindən başa düşdüm ki, Salyandakı konsertinə yetişə bilməyəcək. Bildirdi ki, lazımi şəxslərə zəng edərək konsertin təxirə salınmasını xahiş edib».Sona xanım deyir ki, səfərin mahiyyəti bu qədər vacib olmasaydı, H.Dərya Moskvada ləngiməzdi.«Mənimlə söhbətindən başa düşdüm ki, onun görüşlərindən biri Rusiyanın tanınmış sənətçisi Timati ilə əməkdaşlıqdan ibarətdir. Bildiyiniz kimi rusiyalı reperin yaxın günlərdə Bakıya növbəti səfəri olacaq və onun çıxışı zamanı eyni səhnədə Hüseyn Dərya da oxuyacaq. Onlar bu və digər yaradıcılıq işləri barəsində görüşürlər. Bundan başqa Hüseyn digər yaradıcılıq təklifləri ilə bağlı Moskvada ləngiyir» - deyə həyat yoldaşı bildirdi.XədicəMilli.Az |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...