Hüseyn Dərya: "Oksana istəyir ki, Aynur kimi onu da gündəmə gətirim"
11
фев
2011
09:48
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
297181754_0.jpg|--> Rəqqasə Oksana Rəsulova reper Hüseyn Dəryanı məhkəmə ilə hədələyib. O, bildirib ki, əgər o, harda gəldi onun barəsində artıq-əskik danışarsa, məsələni hüquqi çərçivədə çözməyə çalışacaq. Rəqqasə reperin onun barəsində nə dediyini açıqlamasa da, söhbətin onun şəxsi həyatından getdiyi danılmır. Mübahisəli məsələyə Milli.Az xəbər protalında aydınlıq gətirməyə çalışan Hüseyn Dərya da konfliktin yaranma səbəbindən geniş söz açmaq istəmədi. Danışığından Oksanaya çox qəzəbləndiyini gizlədə bilməyən reper belə söylədi:«Oksananın iddiası başdan ayağa cəfəngiyatdır. O, ümumiyyətlə, nə danışdığını özü də bilmir. Sadəcə, o istəyir ki, mən Aynuru (Hüsen Deryanın duet ortağı) gündəmə gətirdiyim kimi, onunla da rəqabət apararaq gündəm qazandırım. Amma bu istəyi baş tutmayacaq».Reperə Oksananın belə bir açıqlamasını xatarlatdıq: «Mən şou-biznes aləmində yenicə addımlarımı atanda - 2 il bundan əvvəl - həsəd hissi ilə baxdığım sənətçilər məşhurluqda indi məndən geriə qalıblar. İstər maraq, istərsə də tələb baxımından».«İnanın ki, məni Oksana adında şəxs ümumiyyətlə, maraqlandırmır. İndi oturmuşam böyük layihələrin həlli barəsində danışıqlar aparıram. Yəni ciddi işlə məşğulam. Həmin insan mənim gözümə görünmür» - deyə reper bildirdi.Hüseynin fikrini davam etdirən vəkili Fuad bəy isə bunları dedi: «Hüseyn Dərya sözügedən xanım haqqında danışmaq istəmir. Oksana barəsində ona sual verməyin, çox əsəbiləşir».Xədicə
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...