“Ginnesin Rekordlar Kitabına namizəd” müğənnimiz

“Ginnesin Rekordlar Kitabına namizəd” müğənnimiz
Шоу-бизнес 4978

Azərbaycanı “Eurovision-2008” mahnı müsabiqəsində Elnur Hüseynovla birlikdə təmsil edən müğənnimiz Samir Cavadzadə prodüseri Arzu ilə yollarını ayırıb. BaKu.Ws-ın məlumatına görə, müğənni hazırda keçmiş prodüserinin adaşı Arzu ilə əməkdaşlıq edir. Müğənninin prodüseri Samirlə əməkdaşlığın uğurlu nəticə verəcəyinə inanır: “Onların nə üçün ayrıldığını bilmirəm. Eləcə də Samirin “Eurovision”dan gələndən sonra uzun müddət niyə işləmədiyinə və yatdığına da məna verə bilmirəm. Artıq hər şey geridə qalıb. Hazırda 4 mahnı yazdırmışıq. Sentyabrda da konsert verməyə hazırlaşırıq. Vaxt var idi, Samir həvəsdən düşmüşdü. Stimul yox idi. Amma indi hər şey qaydasındadır”. Prodüseri Samiri şou-biznesin ən vacib və lazımlı müğənnilərindən hesab edir: “Səhnədə istedadlar çoxdur, lakin Samir onların ən istedadlısıdır. Bizdə hər cür çalarda səs var, onun beynində və ürəyində hamısı cəmlənib. Samir Cavadzadə Ginnesin Rekordlar Kitabına namizəd olan sənətçilərdəndir”. Laləlent.az

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости