"Günelin psixi pozğunluğu var"
28
янв
2010
14:07
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
264673214_8078.jpg|--> Azərbaycan əsilli iş adamı Rza Zərrab keçmiş sevgilisi Azəri qızı Günel tərəfindən ölümlə təhdid edildiyindən prokurorluğa üz tutub. Türkiyə mətbuatının yaydığı məlumata görə, Rza Zərrabın iddiasına görə, Günel və ailəsi ona zərər vermək üçün hər yola əl atır.O, bu təhdidlərin həyatı üçün təhlükə olduğunu iddia edir. Günelin atası Rəhman Zeynalov “Turuncu” saytının sahibi - Tunç Erden Yakar və onun ofisində çalışan Turqut Happaniyə zəng edərək, iş adamını öldürəcəyini, başına güllə sıxacağını söyləyib. Günelin anası Zöhrə Zeynalova da onun vəkilinə zəng edərək, eyni hədə-qorxunu təkrarlayıb. İddia ərizəsində yazılır ki, Günel və ailəsi iş adamına aid olan mənzildə qalır və müraciətlərə baxmayaraq, həmin mənzili tərk etmir. “Bu insanların itirəcəkləri bir şey qalmayıb və Türkiyəni tərk etmək məcburiyyətində qalacaqları üçün mənim həyatıma ciddi təhlükədirlər”,-deyə Rza bəyan edib.Rza Zərrabın vəkili vurğulayıb ki, Günel Türkiyə vətəndaşı deyil və o, burada icazəsiz işləyir, musiqi albomu çıxarıb, verilişlərdə çıxış edərək, qanunsuz qazanc əldə edir. İddia ərizəsində daha sonra Günelin psixi pozğunluğu var, cinayət etməyə hər an hazır olduğu yazılıb. Rza Zərrab Günel barədə cinayət işinin qaldırılması və onun cəzalandırılmasını istəyir.
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...