Faiq Ağayev Baş Prokurorluq qarşısında vəsatət qaldırıb

Faiq Ağayev Baş Prokurorluq qarşısında vəsatət qaldırıb
Шоу-бизнес 4139
288891361_0.jpg|--> "Bıçaqlanmağımla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırmışıq. Məni bıçaqlayan şəxslərin barəsində başlanmış cinayət işinin başqa maddə ilə tövsif olunmasını istəyirik". Bu barədə Milli.Az xəbər portalına açıqlamasında xalq artisti, müğənni Faiq Ağayev deyib. Xalq artistinin sözlərinə görə, qaldırılmış vəsatətdə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə başlamış cinayət işinin Cinayət Məcəlləsinin 29, 120-ci - yəni, qəsdən adam öldürməyə cəhd maddəsi ilə əvəzlənməsi xahiş olunub."Həmin vaxt həyatıma sui-qəsd edilmişdi. İstintaqa da sui-qəsd və izlənməyim barədə ifadə vermişəm. Üzləşmə zamanı da bunu dedim. İstintaq təbii ki, bunu bir versiya kimi işləməlidir. İstintaqın nəticəsi barədə yalnız araşdırma bitəndən sonra xəbər tutacağıq. Mən zərərçəkən tərəfəm. Prosedur da belədir ki, zərərçəkən tərəfə istintaq bitəndən sonra məlumat verilir" - deyə F.Ağayev əlavə etdi.F.Ağayev barəsində cinayət işinin başlana biləcəyi ilə bağlı deyilənlərə də münasibət bildirdi: "Təcrübəsiz hüquqşünaslar özlərinə reklam qazanmaq məqsədilə belə bəyanatlar verir. Təbii ki, günah məndə olsa, məni cəzalandıracaqlar. Günah onlarda olsa, onlar cəzalandırılacaq. Amma bıçaqlanan mənən, ölüm təhlükəsi ilə üzbəüz qalan mənəm. Onların üzərində bir cızıq belə olmayıb" - deyə xalq artisti bildirdi. "Başınıza gəlmiş bıçaqlanma hadisəsi ilə bağlı gələcəkdə film və ya klip çəkdirmək fikriniz varmı?" sualımıza cavabında müğənni bunun mümkünsüz olduğunu dilə gətirdi: "Qətiyyən bu, ola bilməz. İnsan bu üsullarla özünə populyarlıq qazanmaz. Bəlkə də mənim 70 yaşım olanda, mənim barəmdə film çəkiləndə, bu epizod daxil edilə bilər ki, Faiq Ağayev ölümlə üz-üzə dayanmışdı, həyatına sui-qəsd olmuşdu. Amma bu, mənim deyil, siz jurnalistlərin işidir". Anar Məmmədov
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости