Elza Seyidcahan heyvanlara konsert verəcək :)

04
апр
2009
06:30
Azərbaycan şou-biznesindən çıxacaq ən son oyunun da şahidi olacağıq!Elza Seyidcahan heyvanlar üçün konsert verməyə hazırlaşır. E. Seyidcahan deyib ki, onun bütün addımları qeyri-adi olub: “ Heyvanlar üçün verəcəyim konsert tarixə düşəcək! Bu qeyri-adi konsertdə gərək, heyvanlar üçün xüsusi manejlər düzəldilsin. Onlar musiqi səs-küyündən qorxa bilərlər. Özüm “meymun” (Meymun ilində doğulduğunu nəzərdə tutur) olduğum üçün, meymunlar mənə qabaq sırada qulaq asmalıdır!Atların da iştirakını çox arzulayıram. Mənə elə gəlir ki, atlar musiqini daha çox duyur. Konsert söhbətindən sonra insanlar öz heyvanlarına bilet almaq üçün zəng edirlər! İnşallah, bu konsertdən sonra bəlkə mənim də adım Ginnesin rekordlar kitabına düşdü.” Qeyd edək ki, E. Seyidcahan bu tipli konsert keçirə bilsə, yəqin ki, Azərbaycan şou-biznesindən çıxmayan heç bir əməl qalmayacaq. |
Похожие новости
Алихан Раджабов отметил важную дату с супругой
Актер Алихан Раджабов привлек внимание своей личной жизнью. Как сообщает BAKU.WS, он отметил трехлетие брака со своей супругой Чиленай. Актер поделился фотограф...
