Elariz Məmmədoğlu: «Aygün Kazımovanın cavabını verib, yerində oturtmuşam»

Elariz Məmmədoğlu: «Aygün Kazımovanın cavabını verib, yerində oturtmuşam»
Шоу-бизнес 9
271157407_1212037423_elariz-11.jpg|--> - Elariz, deyəsən, yaradıcılığınızda yeniliklər var. Sizi axır vaxtlar bir qızla görürük... - Elariz Məmmədoğlu yaradıcılığına davam edir. Amma öncə onu deyim ki, maliyyə böhranı işlərimə çox pis təsir edib. Hər bir müğənniyə yaradıcılığı önəmlidir, mənə də həmçinin. «Ömür boyu» adlı yeni mahnım artıq radio dalğalarında səsləndirilir. Bu mahnını gənc müğənni, himayədarlıq etdiyim Yaqut Nərimanla birgə ifa eləmişəm. Yaqut Nərimanı tanımayanlar məndən soruşurlar ki, bu qız kimdir? Səsi çox yaxşıdır. Bu da məni sevindirir. Bunun davamı olaraq yaxın zamanlarda növbəti duetimizi ərsəyə gətirəcəyik. İnşallah, bu dəfə lirik yox, şən mahnı oxumağı nəzərdə tutmuşuq. Çalışıdığım qədər yaradıcılıq işlərimi davam etdirirəm. Qlobal maliyyə böhranı təkcə Azərbaycanda deyil, bütün dünyada gedən bir prosesdir. Bu da yaradıcılığıma pis təsir göstərir. Mən bütün mahnılarımı öz vəsaitim hesabına ərsəyə gətirmişəm. Bu gün də yaradıcılıq baxımından böyük ideyalarla yaşayıram, sadəcə olaraq madiyyat buna imkan vermir. - Yeri gəlmişkən, Yaqut Nərimanla bağlı xoşagəlməz söz-söhbətlər də dolaşmaqdadır…- Bilirsiz, insanlar müxtəlif olduğu kimi xarakterlər də fərqlidir. Ziyalı insan bunu çox normal və ciddi qarşılayır. H?mcinin ifrat dərəcədə xoşagəlməz sözlər də oldu. Bəziləri isə buna kinayə ilə yanaşırlar. Mənə «Sizin aranızda sevgi macərası var?» sualı verənlər də tapıldı… O, mənim uşağım yerindədi. Özü də evimə gəlir, həyat yoldaşımı tanıyır. Bu xanımla sözləri Azər Şirinə, musiqisi isə mənə məxus olan mahnı oxuyacağıq. Bu yaxınlarda belə bir xəbər yayılmışdı ki, guya Yaqut xanımla aramda möhkəm qalmaqal olub və mən onu qovmuşam. Bu xəbər d? yalandır. Belə bir şey yoxdur. Yazıq qız çox sözə baxan, böyüyə hörmət eləyən, eyni zamanda da sənətdə, sənət yolunda olan bir xanımdır. Səsi də bəyənilir. - Bu fikirlə razısınızmı ki, müğənnilərimizin intellektual səviyyəsi ürəkaçan deyil? - Xeyr. Mən bu səviyyəyə gələnə qədər hər gün mütaliə eləmişəm. Nəinki mütaliə, mən təhsil almışam. Musiqi məktəbini bitirmişəm. Həmçinin ali təhsilim də var. Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq və rejissorluq fakültəsində təhsil almışam. Bundan əlavə, Teymur Əmrah mənə vokal dərsləri verib. Bəzi adamlar deyirlər ki, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir yaradıcılığı köhnəlib. Axı niyə biz Teodor Drayzerin «Dahi»sini oxumayaq? Niyə Jan Batist Molyer, Gi de Mopassanı tanımayaq?- Deməli, şou-biznesdəki müğənnilərin hamısı dayaz deyil?- Bunu bütün müğənnilərə şamil etmək olmaz. Deyəndə ki, Azərbaycan müğənniləri dayazdır… bu mənim heysiyyətimə toxunur. Bu sözləri söyləməyin özü dayazlıq əlamətidir. Bilirsiz, «mən müğənniyəm», «mən yazıçıyam, şairəm» deməklə məsələ həll olunmur. Elələri var ki, çoxlu pullar xərcləyib, «raskrutka» olunur, amma yazıq müğənni ola bilmir. Mən o vaxtı cibimdə «beş məmməd» pulla şou-biznesə girişdim, məşhur müğənni oldum. Ümumiyyətlə, imkan vermərəm ki, haqqımda kimsə nəsə söz desin. Şou-biznesdə hamının qorxduğu Aygün Kazımovanın cavabını verib, yerində oturtmuşam. - Faiq Ağayevin də?- Bəli, eləcə də digərlərinin cavabını vermişəm. Konkret olaraq mənə söz atan, alçaltmaq istəyən adamı yerinə oturda bilərəm. Çünki bunu mənə yaşadığım həyat tərzi imkan verir. Heç kimdən çəkinəcəyim yoxdur, alnı açıq, üzü ağam. Kiminsə sənətimə şübhəsi varsa, canlı ifamla onu susduraram. - Deyəsən, Aygün Kazımovaya qarşı olan kininiz hələ də soyumayıb.- Bilirsiz, aramızda heç bir şəxsi-qərəzlik yoxdur. Sadəcə, bu insanın xasiyyəti belədir ki, özünün hörmətə minməyini yanındakı adamı hörmətdən salmaqda görür. Mən isə əksinə, dostlarımı göylərə qaldırıram, sonra da deyirəm ki, filankəs dostumdur. Aygün xoşlayır ki, yanındakını əskiltsin və özü qalxsın yuxarı. - Bəs Namiq Qaraçuxurlu ilə münasibətiniz necədir? - Çox yaxşıdı. On ildən artıqdır ki, Namiqlə tanışıq. Həmişə də çox gözəl münasibətlərimiz olub. Namiqlə tez-tez toylarda birgə oxuyuruq. Namiqin digər müğənnlilərlə necə hərəkət etdiyini deyə bilmərəm, amma mənimlə hər zaman mehriban olub. Bir sözlə, Namiqlə dostluğumuz davam edir. Aysel Şirinzadə Milli.Az
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости