Elçin Əlibəyli ATV-dən uzaqlaşdırılıb
18
фев
2011
10:20
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Azad Azərbaycan telekanalının bədii rəhbəri, tanınmış teleaparıcı Elçin Əlibəyli telekanaldakı işindən kənarlaşdırılıb. BaKu.Ws-ın məlumatına görə, E.Əlibəyli ATV-nin aparıcısı Nanənin ad günü mərasimində “Sarı gəlin” mahnısını erməni dilində oxuduğu üçün tutduğu vəzifəsindən azad edilib. Hadisənin şahidlərinin Lent.az-a söylədiklərinə görə, ad günü gecəsində əhval-ruhiyyəsi yüksək olan Elçin Əlibəyli “Sarı gəlin” mahnısından bir parçanı erməni dilində oxumağa başlayıb.Ad günü mərasimində xeyli şou-biznes nümayəndəsi və media təmsilçiləri də iştirak edib və bütün baş verənlərə onlar da şahid olub.Qeyd edək ki, E.Əlibəyli bu gün ölkə KİV-nə verdiyi açıqlamada ATV telekanalını öz istəyi ilə tərk etdiyini deyib. O, ərizəsini yazaraq kanalla vidalaşdığını və bundan sonrakı vaxtını elmi fəaliyyətə sərf edəcəyini bildirib.Lakin telekanaldakı mənbələrdən BaKu.Ws-a verilən açıqlamada bildirilir ki, E.Əlibəyli məhz Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i erməni dilində oxuduğu üçün şirkətdən kənarlaşdırılıb. ATV-dən həmçinin onu da bildiriblər ki, Əlibəylinin telekanaldakı fəaliyyətinə dünən, yəni fevralın 16-da xitam verilib.Bu gün iş günü ərzində Əlibəyli ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verməyib. Nəzrin
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...