Ebru Gündeşle Rza Zerrab ayrıldılar

Ebru Gündeşle Rza Zerrab ayrıldılar
Шоу-бизнес 5
Əhvalı xeyli korlanan müğənni üzərində işlədiyi musiqi albomunu da yarımçıq qoyubTürkiyənin tanınmış müğənnilərindən olan Ebru Gündəşlə azərbaycanlı sevgilisi, iş adamı Rza Zərrabın arasına “qara pişik” girib.BaKu.Ws “Sabah”a istinadən məlumatına görə, müğənni ilə ondan 10 yaş kiçik iş adamının ayrıldığı bildirilir. Buna 26 yaşlı Zərrabın ailəsinin bu bərabərliyə etiraz etməsi səbəb olub. Belə ki, Zərrabın ailəsi oğullarının Gündəşlə bərabər olmasını və onunla evlənməsini istəmir. Deyilənlərə görə, sevgilisindən ayrılan Gündəş hazırda çox əzab çəkir. Əhvalı xeyli korlanan müğənni üzərində işlədiyi musiqi albomunu da yarımçıq qoyub. Hələlik cütlük heç bir açıqlama verməyib. Qeyd edək ki, Rza Zərrab bir əvvələdək Azəri Günellə bərabər olub. İş adamı Günellə münasibətlərinə Ebru Gündəşə görə son qoyub.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости