Dj.Fateh: “Milli mentalitet sözünü mənə başa salanda gülməyim tutur”
08
июн
2011
17:28
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Media FM-in duzlu aparıcısı, həm də baş prodüseri Fatehlə ondan da duzlu müsahibəsi… - Artıq 12 il olacaq ki, Məmmədəli Məmmədov Dj.Fateh adı ilə tanınır. Bunun bir xüsusi tarixçəsi varmı? - 1999-cu ilin iyulun 4-ü idi. Mən ilk efirimə hazırlaşırdım. Birdən başa düşdük ki, Məmmədəli adı istər Dj ilə yan-yana işlənmək, istərsə də aparıcı adı kimi səslənmək üçün uzundur. Kimsə ləqəb götürməyimi təklif etdi. Bu ideya xoşuma gəldi və Rahib Azərinin təklif etdiyi Fateh ləqəbini bəyəndim. Düşünürəm ki, radioya gəlişim və ləqəb seçimimdə məhz Rahib bəyin yanımda olması baxımından bəxtim çox gətirdi. Digər tərəfdən, buna deputat Nizami Cəfərovun vətəndaşların övladlarına iki isimdən ibarət adlar verməsinə qadağa qoymaq həvəsi ilə bağlı bir uzaqgörənlik də demək olar (gülür). - Evdəkilər adını dəyişdiyinə görə səndən incimədilər ki? Məmmədəli babamın adıdır. Yaxınlarım mənə bu adla müraciət etməyə davam edirlər. Valideynlərim Fateh adı ilə efirə çıxacağımı eşidəndə bir az təəccübləndilər. Niyəsini izah etdim və etiraz etmədilər. Ümumiyyətlə, valideynlərimin mənə verdiyi azadlığı bu və ya digər sahədə qazandığım uğurlar üçün əsas zəmin hesab edirəm. Heç vaxt işimə qarışmırlar. Bununla bərabər, istənilən məsələ ilə bağlı məsləhətlərini və köməklərini də əsirgəyən deyillər.- Niyə məhz radio? - Məktəbdə oxuyanda bir qızdan xoşum gəlirdi və başa düşürdüm ki, onun diqqətini ancaq hansısa tribunaya çıxmaqla cəlb edə bilərəm (gülür). Məktəbimizin akt zalındakı ilk çıxışımdan sonra başa düşdüm ki, o qızın könlünü bütün ölkənin qulaq asdığı mikrofona danışmaqla ala bilərəm. Miqyası dəyişmək qərarına gəldim və bu ərəfədə radioda işləmək təklifi aldım. Düzdür, qız sonra başqasına getdi. Mənə isə radioda qaldı (gülür).- Kumirin kimlər idi? - Mənim kumirim həmişə Rahib Azəri olub. Əvvəllər hətta onun kimi danışmağa çalışırdım. Yaxşı ki, sonra başa saldı ki, özüm olsam daha yaxşıdır. Əslində, aparıcı kimi tanınmağım da bundan sonra başladı.. - Bəs müəllimlərin? - Çox adamdan çox şey öyrənmişəm, hətta bəzi müəllimlərimin bundan xəbəri yoxdur. İndi də hər gün axtarışdayam. Əyləncə xarakterli veriliş apardığım üçün son bir il ərzində gülməyin fəlsəfəsi və mahiyyəti haqqında 2000 saata yaxın videoya baxmışam. Bu barədə xeyli kitab oxumuşam və oxuyuram, amma bu da azdır. Gələn iki ay ərzində iki xarici ölkəyə təcrübə mübadiləsi üçün gedəcəyəm. Ümid edirəm ki, orada da təzə nə isə öyrənəcəyəm. - Bəs səncə, davamçıların varmı? - Əgər bu gün etdiyimi, kiminsə sabahkı efirində təkrarlamağını deyirsinizsə, məni bu baxımdan korifey sənətçi də adlandırmaq olar (gülür). Zarafat bir yana, mənim tələbə adlandıracağım heç kəs yoxdur. Açığı, inanmıram ki, nə vaxtsa da olsun. Öyrənməyə pərgaram, amma öyrətmək lazım olanda çox xəsis oluram (gülür).- Başqa Dj-lərdən səni fərqləndirən əsas xüsusiyyət nədir? - Ürəyim sağ tərəfdədir. İnanmıram ki, təbiətdə gec-gec təsadüf olunan bu hal başqa hansısa aparıcıda da olsun (gülür).- Hələ məktəbli ikən radio Dj-i olduğun halda izafi ali təhsilə nə ehtiyac vardı? Sən də hamı kimi stereotiplərlə yaşayırsan? - İş ondadır ki, mən instituta ona görə girdim ki, o vaxt radioda qalıb-qalmayacağımı bilmirdim. Bir il idi ki, aparıcı idim və nə maaşım maaş idi, nə də düz-əməlli tanınırdım. Bu işdən uzaqlaşmaq fikrim var idi. Mən də o vaxt yaşıdlarım kimi neft şirkətində işləmək və BP-nin sosial paketinə sahib olmaq istəyirdim. Vaxt göstərdi ki, radiodan neft barədə danışmaqla da neftçilər qədər qazanmaq olarmış. O ki qaldı stereotiplərlə yaşamağa, bunun belə olmadığını demək gülməli olardı. Hamımız stereotiplərlə yaşayırıq. Hamımız!- Milli mentalitetin həyatında rolu nə qədərdir? - Mən bu ifadəni anlamıram. Kimsə də televizordan və ya internetdən onu mənə başa salmağa başlayanda, gic gülməyim tutur (gülür). İnsanlar sənin dediyin stereotiplərdən qaçmaq istəyəndə və ətrafdakılar onları başa düşməyəndə, bunu “milli mentalitet” adlandırırlar. Hər şeyin də kökündə o durur ki, bizim insanlar öz həyatını deyil, başqasının həyatını sürmək istəyir.- Subaylıq sultanlıqdır? - Elədir, amma mənim artıq kral olmaq, kraliça ilə ailə qurmaq və şahzadələr yaratmaq barədə düşünən yaşımdır.- Sənə nəyə görə qız verməyə bilərlər? - Qanımın rezusu mənfidir. Olsa-olsa ona görə...- Bilirəm ki, yaxşı nəsr yazmaq qabiliyyətin də var, nə vaxtsa bloqlarda yazdıqlarını kitab halına salmaq fikrin varmı? - Bir ara çox istəyirdim, amma sonra başa düşdüm ki, nə Cəlil Məmmədquluzadə boyda nasir olasıyam, nə də Ramiz Rövşən boyda nazim. Qoy elə bir bloq yazısı kimi qalsın.- Səncə, söz baxımından nə dərəcədə azad ruhlusan? - Yaxın dostumun bu barədə yaxşı sözü var ki, mən öz sözümü deməyə bilərəm. Olur da, adam nəyə görə isə hansısa sözü udur, demir və ya deyə bilmir. Amma özünün deyil, kiminsə sözünü deməməyə daha böyük cəsarət lazımdır.- Səni nə və ya kim susdura bilər? - Yaxşı musiqi. Özün də yəqin fikir vermisən, mahnı xoşuma gəlməyəndə yarımçıq kəsirəm. Amma ürəyimcə olanda, özüm də axıra kimi qulaq asıram.Ülviyyə AlovluGün.Az
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...