Dünyanın ən seksual qadınlarının reytinqi
25
апр
2009
11:42
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Böyük Britaniyanın “FHM” jurnalı dünyanın ən seksual 100 qadınının reytinqini tərtib edib. Bu il siyahıya “Girls Aloud” qrupunun üzvü Şeril Koul başçılıq edir.Londonun “Çelsi” futbol klubunun oyunçusu Eşli Koulun həyat yoldaşı olan Şerli Koul 2008-ci il reytinqinin qalibi – aktrisa Meqan Foksu qabaqlayıb. Meqan Foks bu il ikinci yeri tutub.Üçüncü yerdə 2007-ci ilin ən seksual qadını olan Cessika Alba gəlir. Onu müğənni Britni Spirs (dördüncü yer) və britaniyalı model Kili Heyzel (beşinci yer) təqib edirlər.Reytinq jurnalın saytında keçirilən səsvermə nəticəsində müəyyən edilib. Səsvermədə 10 milyon adam iştirak edib. Sorğunun tam nəticəsi “FHM”in iyun nömrəsində dərc ediləcək.Bu ilki siyahıda Britni Spirsin dördüncü yeri tutması ən böyük sensasiya sayılır. Çünki bir çox ekspertlər Spirsin şəxsi həyatındakı problemlər və bir müddət bədən quruluşunun pisləşməsi səbəbindən ümumiyyətlə siyahıya düşə bilməyəcəyini güman edirmişlər. Lakin Spirs yenidən əvvəlki formasına qayıtmaqla bütün iddiaları alt-üst edib.Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın “Vanity Fair” jurnalı ən qəşəng qadınların siyahısını dərc edib. Həmin siyahıya aktrisa Ancelina Coli başçılıq edir. |
| lent.az |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...