Bilal Əliyev 120 min avroya toy oxuyub !
18
ноя
2010
09:49
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
290017476_0.jpg|--> Bir çox müğənnilərin toyların azlığından şikayətləndiyi bir vaxtda, xalq artisti Bilal Əliyev «qaz vurub, qazan doldurduğunu» deyir. Müğənni BaKu.ws portalına açıqlamasında dedi ki, toylarının sayı ötən illə müqayisədə, bu il daha da artıb. Bu yaxınlarda isə o, çox yüksək məbləğdə toy dəvəti alıb. B.Əliyev də bu təklifi dəyərləndirib və həmin toyda iştirak etmək üçün xarici ölkəyə yollanıb. "Daha çox xaricdə yaşayan həmyerlilərimizin toylarına dəvət alıram. Ötən ayın sonu, oktyabrın 31-də xarici ölkələrdən birində, həmyerlimizin toyunda 120 min avroya oxudum. Mən hər toya getmirəm. Adətən, pullu adamların toyunda oxuyuram. Qazancımın müəyyən hissəsindən isə imkansız insanlara xərcləyirəm" - B.Əliyev əlavə edib. Müğənni sözügedən toyun hansı ölkədə olduğunu və hansı soydaşımızın ona 120 min avro ödədiyini isə sirr saxladı.B.Əliyevin dediyinə görə, ümumiyyətlə, xarici ölkələrdəki toyları minimum 100 min avroya oxuyur. Bəzən isə güzəştlər də edir: "Ay ərzində isə kifayət qədər çox toyum olur. Bir neçə gün öncə isə bir toyda oxudum, orda xeyir iş sahibinə 15 min avro güzəştə getdim, yəni, 85 min avroya oxudum" - deyə əməkdar artist açıqlama verib.Aytən Həsənova
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...