Bəhram Bağırzadə haqqında bilmədiyiniz 30 fakt
23
авг
2010
12:36
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| 1. Doğulduğu tarix: 1972-ci il, 4 sentyabr. 2. Bürcü, ili: Qız bürcü, Siçan ili. 3. Harada yaşayır: Rusiya səfirliyinin yaxınlığında. 4. Uşaqlıq hobbisi: Şıxov çimərliyindən butılka yığıb, 20 qəpikdən təhvil verirdim. Pulumu yığıb, konstruktor alırdım. 5. İlk qazancı: 114 rubl. Azərnəşrdə fəhlə işləmişəm. 6. Başqa bacarığı: Kafel və parket vura bilirəm. 7. Əlindən nə gəlmir: Heç vaxt polis və maşinist işləyə bilmərəm. 8. Xüsusi pəhrizi:Son zamanlar çörəkdən imtina etmişəm. Hər şeyi az miqdarda yeyirəm. 6 aya 22 kq. arıqlamışam. 9. Məşğul olduğu idman növü: Bir gündənbir 5 km. qaçıram və ya 55 dəqiqə bulvarda 6 km. gəzirəm. Hər axşam 35 dəqiqə üzürəm. 10. Səni nə üstündə danlayırdılar:Dərs oxumadığım üçün. 11. Sevdiyi yemək:Azərbaycan mətbəxinin bütün yeməklərini xoşlayıram. 12. Sevmədiyi yemək:Dovğanı sevirəm, amma orqanizmim qəbul etmir. 13. Sevdiyi və sevmədiyi içki: «Yessentuki 4» və «Barjomi»ni xoşlayıram. 10 ildir ki, spirtli içki içmirəm. 14. Kitab oxuyur:Hazırda Orxan Pamukun əsərlərini oxuyuram. 15. Teatrda son dəfə nə vaxt olub:Təmirlər bağlı son iki ildir ki, teatrlara getmirəm. Amma hər bazar günü uşaqlarımı Kukla teatrına aparıram. 16. Necə qadınları xoşlayır:Anamı, həyat yoldaşımı və bacımı sevirəm. Ümumiyyətlə, imanlı, əsl müsəlman qadınına hörmət edirəm. 17. Səhhəti necədir: İdmanla məşğul olmayanda bütün bədənim, indi isə dişim ağrıyır. 18. Heyvansevərdir:Arı, qarışqa və qaranquşu sevirəm. 19. Sevdiyi aktrisa, aktyor:Robert Deniro, Jan Qaben, Həsənağa Turabov və Hamlet Xanızadə. 20. Hansı filmləri xoşlayır:Həyatı filmləri. Kriminal və dəhşət filmlərinə baxmıram. 21. Dostları: Anam, həyat yoldaşım və bacım. 22. İlk sevdiyi qız:Bütün sinif coğrafiya müəlliməmizi sevirdi. Artıq yaşlı qadındır, amma mən onu indiyə qədər də sevirəm.23. Diqqət çəkmək üçün nə edir: KVN oynamışam. 24. Uşaqlarını necə çağırır: Oğluma «papa», qızıma isə «mama» deyirəm. 25. Geyim tərzi: Qiymətindən asılı olmayaraq, zövqlə geyinməyi xoşlayıram. Məsələn: bu şərfi 8 manata almışam, amma onu zövqlə taxanda, elə bilirsən 80 manat qiyməti var. Geyimə çox pul vermək xəstəlikdir. 26. Onu tez - tez harada görmək olar:Cahil vaxtımda çayxanada, indi isə məsciddə. 27. Maşını: Mercedes - E 240. 28. Ən sevdiyi aksesuarı:Telefon, saat, kepka və təsbeh. 29. Talismanı: 1 manat və qəpiklər ruzi talismanıdır. 30. Gələcək ay üçün planı: Əstəğfrullah, əgər Allahı güldürmək istəyirsənsə, planlarından danış. Çünki müsəlman zikr edib, bu günü ilə yaşamalıdır.Mənbə atvmaqazin.az |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...