Azərbaycanın hansı teleaparıcısı Avropada fotoqraf kimi tanınır? - FOTO

Azərbaycanın hansı teleaparıcısı Avropada fotoqraf kimi tanınır? - FOTO
Шоу-бизнес 12
BaKu.ws portalının məlumatına görə, teleaparıcı fotoqrafiya ilə artıq 16 ilə yaxındır məşğul olur. Fotoqrafiyanı “sevimli hobbi” adlandıran İ.Həsəni son illər Azərbaycanda incəsənətin bu növünə marağın artmasının sevindirici hal olduğunu söylədi: “Azərbaycanda fotoqraflıq ta qədimdən olub. Amma müasir dövrdə daha geniş vüsət alıb. Rəqəmsal fotoaparatlar və s. bu sənətin biraz da sadələşdirilməsinə imkan yaradır. Fotoqrafların sayı isə gün-gündən artır. Hər gün yeni fotoqraflarla tanış oluram, işlərini görürəm və onlar arasında bəyəndiklərim də var. Düzdür, çox vaxt fotoqrafların köməyinə fotoşop və digər köməkçi proqramlar gəlir. Amma ilk növbədə ideya və şəklin keyfiyyəti önəmlidir”.Hobbisinin nə vaxtsa peşəyə çevriləcəyini istisna etməyən teleaparıcı foto sənəti üzrə təhsil aldığını da bildirdi: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsində təhsil aldığım zaman 1 il foto işi keçdim və fotoqrafiyanın sirlərini öyrəndim. Bilmirəm, nə dərəcədə peşəkar sayıla bilərəm ya yox, ola bilsin ki, gələcəkdə bu hobbi sənətə də çevrildi. Amma yenə də fotoqrafiya ilə sırf kommersiya məqsədilə məşğul olmaram”.Gələcəkdə şəxsi foto sərgisinin də keçirilməsini planlaşdıran İlkin Həsəni bu sənətdə artıq müəyyən uğurlar da qazanıb. “2001-ci ildə “Ümumi İrs” adlı müsabiqə elan olunmuşdu. Müsabiqədə tarixi və mədəni abidələr, Bakı şəhəri və s. mövzularda şəkillər qəbul olunurdu. Müsabiqənin yekununda Respublika üzrə 3-cü yerə layiq görüldüm və diplomla təltif edildim. Təqdim etdiyim şəkil isə beynəlxalq kataloqa daxil oldu. Daha sonra isə həmin şəkil Strasbuqrda Avropa Şurasının təşkil etdiyi foto sərgidə nümayiş olundu və mən fəxri diplomla təltif olundum”, - deyə, aparıcı əlavə edib.Milli.Az xəbər portalı fotoqraf İlkin Həsəninin əl işlərini Sizə təqdim edir:Leyla306263412_1.jpg|-->306263416_2.jpg|-->
Azərbaycanın hansı teleaparıcısı Avropada fotoqraf kimi tanınır? - FOTO
306263412_3.jpg|-->
Azərbaycanın hansı teleaparıcısı Avropada fotoqraf kimi tanınır? - FOTO
306263360_4.jpg|-->
Azərbaycanın hansı teleaparıcısı Avropada fotoqraf kimi tanınır? - FOTO
306263419_esas.jpg|-->
Azərbaycanın hansı teleaparıcısı Avropada fotoqraf kimi tanınır? - FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости