Azərbaycanı "Eurovision"da kim təmsil edəcək?
06
янв
2010
20:35
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
262795685_eurovision.jpg|-->"Eurovision 2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənninin adı fevral ayının 2-də müəyyənləşəcək. İTV-nin mətbuat xidmətindən verilən məlumata görə, bir neçə seçim turu keçirilib, seçim turlarında iştirak edən 30-dan artıq gənc ifaçının video yazıları yerli və xarici mütəxəssislər tərəfindən qiymətləndirilib. "Eurovision" müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib ki, 30-dan artıq ifaçının video yazıları qiymətləndirilib. Yarımfinal mərhələdə final üçün iştirakçılar seçiləcək. Qeyd edək ki, yarımfinal mərhələsində - Azad Şabanov, "Milk & Kisses" qrupu, Məryəm Şabanova, Səfurə Əlizadə, Elli və Ülviyyə Rəhimova iştirak edəcəklər. Fevral ayının 2-də "Buta Palace"da keçiriləcərək yarımfinal mərhələsi "Eurovision" formatında təşkil olunacaq. Hər iştirakçıya çıxış etməsi üçün 3 dəqiqə vaxt ayrılacaq.Seçim turunda gənclərə dəstək olmaq üçün "Eurovision 2004" müsabiqəsinin qalibi Ruslana, "Eurovision 2009"un qalibi Aleksandr Rıbak və Azərbaycanın "Eurovision 2009" müsabiqəsində təmsilçisi Aysel də iştirak edəcək.
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...