Azərbaycan ulduzları plastik əməliyyatlardan əvvəl və sonra

Azərbaycan ulduzları plastik əməliyyatlardan əvvəl və sonra
Шоу-бизнес 6
Bineyi-qədimdən zənən xeylaqları gözəl görünmək üçün min cür vasitəyə əl atırlar. Ələlxüsus da əgər həmin qadın səhnə adamıdırsa. Amma zaman keçir və artıq kişilər də anlayır ki, meymundan bir az göyçək olmaq kifayət eləmir. Beləcə, hər iki cins olduğundan daha gözəl görünməyə və bu münasibətlə müxtəlif vasitələrə müraciət etməyə başlayırlar. Bu görkəm kompleksi Azərbaycanın şou əhlini də yan keçməyib. Azərbaycanın bəzi ulduzları plastik əməliyyatlarının sayına görə hətta bir çox Hollivud ulduzlarını geridə qoyar. Bəzilərində bu uğurlu alınsa da, digərlərində yalnız karikaturaya bənzəyir. Gün.Az da arxivini qurdalayaraq bizim ulduzların plastik əməliyyatlardan əvvəl və sonra foto şəkillərini tapdı. Onları sizə də təqdim edirik: 1. Plastik əməliyyatın yerli estradada ilk qaranquşlarından biri, bəlkə də birincisi, təbii ki, Flora Kərimovadır. O hələ erkən gəncliyində qabarıq burnunun formasını dəyişmiş, bu günlərdə isə göz ətrafı şişkinlikləri yığışdırmaq üçün daha bir əməliyyat keçirmişdi. 2. İlhamə Quliveva da gənc ikən burnunu “düzləndirmiş”, daha sonra isə dodaqlarının həcmini artırmışdı. Müğənni vaxtaşırı üz dərisinin cavanlaşdırılması ilə də məşğuldur. 3. Nisə Qasımova klinikalardan birinin üzü kimi çıxış edərək fürsətdən istifadə edib həm dərisini dartdırmış, həm də dodaqlarının həcmini xeyli böyütmüşdü. 4. Brilliant Dadaşova dodaqlarının həcmini böyütmüş, burun-dodaq büküşünü hamarlayaraq əlavə yanaq effekti də qazanmışdı. Müğənni mütəmadi olaraq əndamına da əl gəzdirərək ideal formalar əldə etmişdi. 5. Nazpəri Dostəliyeva burnunun şiş ucunu ləğv etdirmiş, dodaqlarının həcmini artırmış və üzünü dartdıraraq yanaqlarını daha da qabarıq etdirmişdi. 6. Aygün Kazımova yerli şou əhli arasında plastik əməliyyatlar sarıdan rekordsmenlər arasındadır. İlbəil kökəlib, sonra yenidən liposaksiya vasitəsi ilə arıqlayan müğənni, həm də burnunun şiş ucunu hamarlatmış, dodaqlarını həcmini həddən artıq şişirtmişdi. Periodik olaraq plastik əməliyyatlar keçirən müğənni tez-tez əyilən dodaqlarını və sinəsini formaya salmağa çalışır. 7. Faiq Ağayev burnunu iki dəfə əməliyyat etdirmiş, bundan başqa, göz kəsiyinin və qulaqlarının da formasını dəyişmişdi. 8. Samir Bağırov burnunun quruluşunu kiçildərək dodaqlarına həcm vermişdi. 9. Röya burnunu ideal formaya salmaq üçün düz üç dəfə rinoplastika əməliyyatı keçirmişdi. 10. Nadir Qafarzadə burnunun əyriliyini düzəltmiş, həm də dodaqlarına həcm vermişdi. 11. Rəqsanə ilə plastik əməliyyat sayına görə yəqin ki ancaq Aygün Kazımova rəqabət para bilər. Belə ki, müğənni həm qabağa çıxan çənəsinin formasını dəyişmiş, həm burnunu kiçiltmiş, həm həm dodaqlarına həcm vermiş, həm əndamına əl gəzdirərək sinəsini böyütmüş, belini incəltmiş, ayaqlarını düzləndirmiş və hələ də üz dərisində olan qüsurları kənarlaşdırmaq üçün mütəmadi olaraq əməliyyatlar keçirməkdədir. 12. Almaz Ələsgərli iri formalı burnunu çox kiçik formaya saldırmışdı. 13. Belə eksperimentlər aktrisalarımızdan da yan keçməyib. Belə ki, Məleykə Əsədova şiş uclu, iri burun pərləri olan burnunu əməliyyat etdirmiş, dodaqlarına həcm vermiş və qabağa çıxan çənəsini incələtmişdi. 14. Aktrisa Sənubər İsgəndərli isə nazik dodaqlarına həcm vermişdi. 15. Yerli aparıcılar arasında da plastik əməliyyata müraciət edənlər az deyil. Belə ki, aparıcı Nərgiz Cəlilova dodaqlarının həcmini böyütmüşdü. 16. Aparıcı Sevinc Muradova həm burnunu kiçiltmiş, həm də dodaqlarını böyütmüşdü. 17. Aparıcı Nanə Ağamalıyeva da qabarıq burnunun ucunu qaldırmış, dodaqlarının həcmini azacıq artırmışdı.Ü.AlovluGün.Az

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости