Azərbaycan “Eurovision-2009”un finalında!

Azərbaycan “Eurovision-2009”un finalında!
Шоу-бизнес 1
Aysel və Araş parlaq ifa nümayiş etdirdilərMayın 14-də Moskvada “Eurovision-2009” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. Lent.az-ın məlumatına görə, müsabiqənin ikinci yarımfinalı klassik rus xalq mahnısı ilə açılıb. Gecənin aparıcısı, ilk yarımfinalda olduğu kimi, Andrey Malaxov və Natalya Vodyanova olub.Müsabiqənin ilk iştirakçı ölkəsi Xorvatiya olub. Sonra İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan ölkələrinin ifaçıları çıxış edib. Növbəti ifa ölkəmizi təmsil edən müğənnilər Aysel və Araş tərəfindən təqdim olunub. Bəyaz paltarlı, dalğalı saçlı Ayselin gözəlliyi səhnəni bəzəyib. Araşla Ayseli 3 rəqqas müşayiət edib. Olduqca həyəcanlı görünən ifaçılar auditoriya tərəfindən hərarətli alqışlarla qarşılanıb. Azərbaycanlı təmsilçilərin ardınca Yunanıstan iştirakçısı ifa edib. Sonra Moldova, Albaniya, Ukrayna, Estoniya nümayəndələri səhnəyə çıxıb. Müsabiqənin sonuncu ifaçıları Hollandiyalı müğənnilər olub. İkinci yarımfinalın iştirakçıları birinci yarımfinalçılardan daha parlaq ifa nümayiş etdirib. İkinci yarımfinalın qalibləri müəyyənləşib. Səsvermədə finala çıxan ilk ölkə Azərbaycan olub!Növbəti sıralama belədir:2.Xorvatiya3.Ukrayna4.Litva 5.Albaniya 6.Moldova 7.Danimarka 8.Estoniya9. Norveç10.YunanıstanBeləliklə, Türkiyə, İsveç, İsrail, Portuqaliya, Malta, Finlandiya, Bosniya- Hersoqovina, Rumıniya, Ermənistan, İslandiya, bu gün finala vəsiqə qazanan ölkələr və finalda birbaşa iştirak hüquq olan ölkələr mayın 16-da birincilik uğrunda mübarizə aparacaqlar. Lalə Yusifqızı
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости