Azərbaycan şou-biznesinin ən gözəl sarışını
Узнавайте о новостях первыми
| Bu dəfə oxucular Azərbaycan şou-biznesinin sarışın xanımları arasından ən cəlbedici və gözəl olanlarını seçmək qərarına gəldilər. «Bizdə sarışın var?» deməkdə haqlısan. Amma gəlin baxaq, görək saçlarını hidrogen peroksidlə saraltmış və uzun illərdir bu rənglə səhnələrdə «Burda mənəm, Bağdadda kor xəlifə» deyən xanım müğənnilərimizin hansına sarı saç yaraşır? 10. Könül KərimovaYarının başına dolana-dolana illərdir səhnədə külüng vuran Könül xanımı dinləyicisi ən aşağı pilləyə layiq görsə də, qoy inciməsin. Sonuncu olanda nə olar ki?! Əsas odur ki, siz ən gözəl sarışınlar sırasındasınız. 9. Aygün KazımovaSaçlarını gündə bir rəngə salan, qırmızıdan qaraya, qaradan sarıya və beləcə, hər dəfə boyanmaqdan yorulmayan, səhnəmizin «şamplenası» Aygün xanımı oxucu tünd rəngli saçlarla daha çox bəyənir. 8. Məleykə ƏsədovaBiz onu heç qara rəngli saçla görmüşük ki? Səhnəyə gəldiyi gündən əhdinə sadiq qalan Məleykə Əsədovanı bu pilləyə layiq görənlərin məqsədi var. Saçınızı tündləşdirin, görək yaraşır? 7. Nisə QasımovaSəhnəni tərk etməyinə baxmayaraq, sevinsin dostları. Çünki oxucusu Nisə xanımı həmişə sarışın və gözəl görmək istəyir. 6. İlhamə QuliyevaYaş hələ heç nəyi həll etmir. «Primadonnamız elə də gözəldir, belə də» deyən fanatlar İlhamə xanımı «Şou-biznesin ən gözəl sarışını» sırasında görməkdən böyük zövq duyurlar. 5. Naina İbrahimovaÇoxları onun görkəmini süni adlandırsa da, etiraf edək ki, Naina sarı saçlarla çox cazibədar görünür. 4. Rəqsanə Kim nə deyir desin, amma bizim oxucularımız sarı rəngin Rəqsanənin saçlarına çox yaraşdığını etiraf edirlər. Əgər bu onun ifasına dəlalət etsəydi, lap yaxşı olardı. 3. Zülfiyyə XanbabayevaOnun saçları yarı - qara, ala - boz, kəsik-kəsik olsa da, oxucu bu tərzin Zulyaya çox yaraşdığını deyir. Onluğumuzun 3-cü pilləsini zəbt edən Zulya tam sarışın olmasa da, «yarısarışın» kimi bəyənildi. 2. Nura SuriO, səhnəyə gəldiyi gündən saçlarının nə düzümünü, nə də rəngini dəyişməyib. Elə ona görə də oxucu sarı rəngin Nuranın üzünə çox yaraşdığını deyir. Belə getsə, cavan ana Suri 2-ci pilləni əldən verməz. 1. Brilliant DadaşovaO, dəbin, zövqün, gözəlliyin və zərifliyin timsalında «Azərbaycan şou-biznesinin ən gözəl sarışını» seçildi. Oxucu sarı rəngin Brilliant Dadaşovadan çox heç kimə yaraşmadığını iddia etdi. Brilliant xanım, siz «aman-yaman» desəniz də, oxucu sizə bu saçla pərəstiş edir. Nəbadə saçınızın rəngini dəyişəsiniz ha... mənbə atvmaqazin.az |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...