Azərbaycan şou-biznesi 2009-cu ildə nə ilə yadda qalıb?!
14
янв
2010
21:16
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
263489282_1231223320_duzlar.jpg|-->2009-cu il daha çox xalq artistləri İlhamə Quliyeva, Flora Kərimova və Faiq Ağayevin məhkəmə çəkişmələri ilə yadda qaldı. Məhkəmələrdə hər üç müğənni bir-birinə qarşı şərəf və ləyaqətin müdafiəsi tələbi, işgüzar nüfuzun aşağı salınması ilə bağlı iddia qaldırdı. Türkiyənin kanalında yayımlanan “Sən türkülərini söylə” müsabiqəsində Azərbaycanı müğənni Samir Piriyev təmsil etdi. Xalq artisti Brilliant Dadaşova “Aman-aman” mahnısına ikinci dəfə klip çəkdirdi. Yeni versiyada klip Avropasayağı çəkildi. Aprel ayında müğənni İradə İbrahimova subaylığın daşını ataraq Ceyhun İzzət adlı Azərbaycan əsilli türk biznesmeni ilə ailə həyatı qurdu. Qız toyu (aprelin 5-i) Bakıda, oğlan toyu isə (aprelin 19-u) isə Türkiyədə oldu. Aprelin 16-da meyxanaçı Namiq Qaraçuxurlunun Heydər Əliyev Sarayında solo-konserti oldu.2009-cu ilin aprel ayında əməkdar artist Sevda Ələkbərzadənin “Sevdalı dünya” albomu işıq üzü gördü. Alboma iki muğam, Səid Rüstəmovun “Getmə-getmə”, Cahangir Cahangirovun “Bana, bana gəl”, xalq mahnısı “Elə demə” daxil olmaqla, ümumilikdə 11 kompozisiya daxil edilib. Bu il “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı Aysel Teymurzadə və Araş “Always” mahnısı ilə təmsil etdi. Mayın 16-da Azərbaycan təmsilçiləri 42 ölkə arasında 3-cü yeri qazandı. Yeri gəlmişkən, “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi norveçli müğənni Aleksandr Rıbak oldu. Qalmaqallı prodüser Tolik bir aydan artıq müğənni Röya ilə çalışdı. Onun efir işlərinə prodüserlik etdi. Müğənni Xumar Qədimova ilə gənc opera müğənnisi Ülvi Qılınc “Məhəbbət nəğməsi” mahnısını duet oxudu. Uzun müddət küsülü olan, aralarından “qara pişik” keçən xalq artisti Zülfiyyə Xanbabayeva ilə gənc opera müğənnisi Ülvi Qılınc məclislərin birində barışdılar. Xalq artisti İlhamə Quliyeva avqustun 22-də Mərkəzi Neftçilər Xəstəxanasında ayağından cərrahiyyə əməliyyatı olundu. Bir aydan sonra müğənni xəstəxanadan evə buraxıldı. Əməliyyatdan sonra kəsik izləri qalmasın deyə İlhamə xanım yenidən adıçəkilən xəstəxanaya yerləşdirildi, oktyabrın 27-də kosmetik əməliyyat olundu. Yeri gəlmişkən, onu da deyək ki, müğənni “Uşaq ili” çərçivəsində bu il “Sevgi dünyamız” adlı mahnısına klip çəkdirdi. Müğənni Röyanın oktyabrın 1-dən 5-nə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Ulduz nağılı” adlı konsert proqramı baş tutdu. Yeri gəlmişkən, bu il həm də Röyanın ana olması ilə yadda qaldı. Oktyabrın 25-də ana olan Röya oğluna Hüseyn adını verdi. Müğənni Samir Bağırov dediyinə görə Azərbaycanı birdəfəlik tərk edib, Moskvaya getdi. Bu il heyvanlara konsert verən müğənni-bəstəkar Elza Seyidcahan qaynana oldu. Oğlu Əkbəri evləndirən Elza Seyidcahan restoranların birində övladına təmtəraqlı toy elədi. Bu il gənc müğənnilər Ayaz və Zamiq subaylıqlarına “əlvida” deyərək, bir-birinin ardınca ailə həyatı qurdular.Xalq artisti Zülfiyyə Xanbabayeva Almaniyada istehsal olunan “Dəniz” adlı musiqi albomunu mətbuat nümayəndələrinə təqdim etdi. Müğənninin 80 dəqiqəlik kompakt-diskinə 18 mahnı daxildir.Bu il həm də 2010-cu ilin mayında Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsinin səsvermə qaydalarına dəyişiklik edildi.
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...