Aysel Teymurzadə “Eurovision gözəli” seçildi

Aysel Teymurzadə “Eurovision gözəli” seçildi
Шоу-бизнес 32
Bu ilin may ayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə müsabiqəyə həsr olunan internet-forumda “Eurovision gözəli” seçilib.Forum istifadəçiləri Azərbaycan təmsilçisinin gözəlliyini layiqincə qiymətləndiriblər. Səsvermə 2 mərhələdə keçirilib. Birinci mərhələdə 35 iştirakçı arasından 5 gözəl 2-ci mərhələyə keçib. İkinci mərhələdə isə qaliblər müəyyən olunub. Aysel estoniyalı Sandra Nurmsalla eyni səs toplayaraq ilk yeri tutub. İkinci yerdə islandiyalı Yoxana gəlir. Türkiyə gözəli Hadisə isə Ukrayna təmsilçisi Svetlana Loboda ilə eyni miqdarda səs yığaraq üçüncü olub. Lalə Yusifqızı
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости