Aygün və Röya yenə razılığa gələ bilmədi

Aygün və Röya yenə razılığa gələ bilmədi
Шоу-бизнес 9154
Xalq artisti Aygün Kazımovaya ad günü ərəfəsində klip hədiyyə olunub.Lent.az-ın məlumatına görə, rejissor Fuad Əlişov Aygün Kazımovanın iki il bundan əvvəl oxuduğu “Təkcə səni” mahnısına klip çəkib, müğənniyə hədiyyə edib. Qeyd edək ki, bəstəsi Faiq Sücəddinova aid olan mahnını ikinci dəfə müğənni Röya Ayxan oğlu Hüseyn üçün oxuyub. Röyanın rəfiqəsi Ülviyyə Alovlu Lent.az-a açıqlamasında Röyanın həmin mahnının Kazımovanın repertuarında olmasından xəbərsiz olduğunu deyib: “Mahnını əvvəl Aygün Kazımova oxuyub, o vaxt Röya bilmirdi ki, mahnını Aygün Kazımova da oxuyub. Faiq Sücəddinov sonradan mahnını Röyaya verib. Röya yenidən mahnını gündəmə gətirəndən sonra klip çəkdirmək ideyası yaranıb, yəqin ki... Onu da deyim ki, bəstəkar zəng vurub Kazımovaya öz iradını bildirmək istəyib, lakin Kazımova telefon zənglərinə cavab verməyib... Bu, Aygün və Röya arasında olan ilk mahnı davası deyil, daha əvvəl “Röyayam” üstündə belə bir söz-söhbət olmuşdu. Görünür, Aygün itkini özünə bağışlaya bilmir...”
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости