Ayaz Qasımov yuxusuzluqdan əziyyət çəkir !
12
апр
2010
23:07
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| “Mesajlarıma baxsanız, bazarlıq məhsullarının adlarını görərsiniz”Müğənni Ayaz Qasımov konsert layihəsi ilə tamaşaçı qarşısına çıxmağı planlaşdırır. Lent.az-ın məlumatına görə, televiziya proqramlarını birində qonaq olan gənc müğənni bununla bağlı səsyazma studiyalarında xeyli vaxt keçirdiyini, yeni mahnılar yazdırdığını və klassik mahnıları yeni aranjemanda yazdırdığını deyib: “Bu səbəbdən az yatıram, yuxusuzluqdan əziyyət çəkirəm. Çalışıram işlərimi vaxtında çatdıram”.Bir müddət öncə ailə quran müğənninin xeyli kökəldiyi də nəzərdən qaçmayıb: “Anam çox ləzzətli xörəklər bişirir, xüsusilə dovğanı... Başqa yerdə dovğa yeyə bilmirəm. Həyat yoldaşım da yaxşı hazırlayır, lakin anam qədər dadlı hazırladığına inanmıram. Lakin son vaxtlar pəhriz saxlamağa başlamışam. Yemək üçün yox, yaşamaq üçün yeyirəm”. Müğənni yaradıcılıqla yanaşı, məişət işlərinə də vaxt tapır: “Mesajlarıma baxsanız, bazarlıq məhsullarının adlarını görərsiniz. Həyat yoldaşım mənə alacaqlarımın miqdarını yazmır, bilir ki, hər şeydən bol alıram”.Nəzrin |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...