Anar Nağılbaz: «Cəmilə repin anası yox, estradanın balotasıdır»

Anar Nağılbaz: «Cəmilə repin anası yox, estradanın balotasıdır»
Шоу-бизнес 18
Reper Anar Cəbiyevin (Nağılbaz) -a müsahibəsi- Demək olar ki, Anar Nağılbaz üçün döyüş artıq qurtardı...- Yox, davam edə bilərdi. Sadəcə, Murad Dadaşovun xahişi ilə mən dayandırdım. - Xahişlər nədən ibarət oldu? Bəlkə kiçik ipucu verəsən?- Dedi ki, hədəf sən deyilsən, neytral dur. Hazırda avtomobil uğrunda mübarizəsini davam etdirən reper Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova bildirdi ki, şouda bir qruplaşma var. Ona da rəhbrəliyi meyxanaçı Elşən Xəzər edir. Bu sualı,şounu tərk edən müğənni Cəmilə İskəndərovaya da ünvanladıq və o, hardasa bu fikri təsdiqlədi.- Mən hesab edirəm ki, Elşən orada ikinci fiqurdur. - Bəs əsas fiqur kimdir? İqtisadi terminlə desək, görünməyən əl kimdir?- Görünməyən əl? Maraqlı sualdır. Görünməyə əlinin özünün də dörd dostu var. Onlar da əvvəldən qruplaşıb gəliblər. Bilindiyi kimi son vaxtlar Azərbaycanda "mafiya" adlı oyun populyarlaşıb və biz də şou zamanı bu oyunu oynadıq. Bir nəfər iştirakçı var ki, hansı ki, şadlıq sarayı var (müğənni Elçin Hüseynovu nəzərdə tutur-red), o da həmin qrupun rəhbəridir. Üzvləri isə "Qala" qrupunun rəhbəri Ceyhun Əliyev idi, onu mən yola saldım. Qalanları isə müğənnilər Emil Bədəlov, Elçin Cəfərov və meyxanaçı Sadıx Mustafayevdir. Ümumiyyətlə fəal oyunçular Elşən, Elçin gənc iştirakçılardan tarpeda kimi istifadə edirlər. Fərz eləyin ki, onlar gəmi idilər, mən də dənizdə üzən ayrıca qayıq. Həmin o gəmi öz tarpedalarını bir-bir üstümə atırdı. Ya gərək mən öz qayığımdan onları vurub partladım, ya da onlar hədəfinə qurban olum. Mən də məcbur idim tək döyüşüm. Allah can sağlığı versin mənə dəstək vermiş bütün insanlara. Bilirsiz, telefonlarım susmur, saysız-hesabsız zənglər qəbul edirəm. İstəklərini ümumiləşdirsəm, tam səmimiyyətimlə deyirəm, onların hər biri 500-1000 manatlıq sms göndərməyə hazır idilər ki, mən sona qədər mübarizəmi davam etdirim...- Amma tamaşaçılarda o təəssürat yarandı ki, Anar Cəbiyev sona qədər öz oyununu oynaya bilmədi.- Əslində mən öz oynumu oynamağı sona qədər davam etdirməkdə qərarla idim. Burada səbəb o oldu ki, şou daxilində teatr tamaşası qurulub. İştirakçıların əksəriyyəti oteldə səhərə qədər yatmırdılar, ona görə bəzən səhər yeməyinə də getmirdilər. Mən isə studiyadan otelə qayıtdıqdan sonra, yarımsaat onların söhbətlərinə qulaq asırdım, sonra tam yuxumu alırdım, səhərdə yeməyimi yeyib, çəkilişə getməyə hazırlaşırdım. Onlar isə (qruplaşma fəallarını nəzərdə tutur-red.) günorta ikiyə kimi yatırdılar, sonra bir saat hazırlanıb, studiyaya getmək üçün yığışırdılar. Bu faktı ona görə diqqətinizə çatdırdım ki, tamaşaçılar saat 16-dan gecə saat 12-yə kimi baş verənləri izləməyə müvəffəq olurlar. Əsas söhbətlər isə otelə gedəndən sonra baş verir. Oturub ssenari yazırlar ki, nə etməlidirlər. - Şounu tərk edən zaman bəzi faktlar açıqlandı. Reper Hüseyn Dəryanın otağına gəlməyi, prodüser Tolik otağındakı vanna otağına gizlənib etdiyiniz söhbətləri eşitməsi... Bunlara sözün nədir? - Əslində elə deyildi. Mən özüm öz qruplaşmamı yaratmağa cəhd ediridim. Və şounu tərk etmiş müğənni İbrahim Borçalının tərəfini saxladığım üçün bu, əks tərəfin xoşuna gəlmədi. Beləcə onlar məni qruplaşmanın söhbətlərindən uzaqlaşdırdılar. Lap dəqiqi İbrahim hədəf seçilən günü mən bu söhbətlərdən kənarlaşmışdım. Hətta şounun ilk günü Elnur Hüseynovun şəkli çıxanda, söhbətlərdən xəbərim var idi. Onda hamımız bir yerdə idik. O ki qaldı qruplaşmanın rəhbərlərinə, onlar hər gecə oteldə otaq-otaq gəzirlər, hansı adamı hədəf seçirlərsə, ona başqa-başqa məlumatlar verirlər.- Axı kimlərdir həmin qruplaşmaların rəhbərləri? - Tamaşaçılara məlumdur da...- Sənin təxminlərinə görə, Tolik, Elşən Xəzər və Elçin Hüseynov? - Bəli, bəli. - Anar, dünən müğənni Cəmilə İskəndərovanın Trend Life-a geniş müsahibə verdi. Bildirdi ki, sən onun yaradıcılığını həzm edə bilmirsən. İddialarına görə, ona vaxtilə «repin anası» deyiblər, amma sən onu qarşısında böyük maneə olmusan. - O, repin anası yox e, estradanın ümumiyyətlə balotasıdır. - Balotası? - Bəli, balotası. Elə də yaza bilərsiniz. Nə repin anası? O, məgər rep oxuyub ki? Nə vaxt oxuyub? Ona qalsa, Cəmilə xanım mənə 10 min manat borcludur. Mənim ona etdiyim yaxşılıqların sayı, o məbləğdən də artıqdır. Mən heç kimlə havayı duet oxumamışam. Amma əvvəllər onunla havayı duet də oxumuşam, konsertlərində də havayı çıxış etmişəm. O, isə yalandan vədlər verib ki, 500 manat belə verəcəyəm, 1000 manat elə verəcəyəm. Bir dəfə isə Elşad Xose ona atıb və halaldı, əcəb edib!- Cəmilə xanıma daha nə demək istərdiniz? - Elə sözlərimi, özü-öz payını götürəcək. - Şounu tərk etdiyin zaman onun sevinməyini necə izah edərdin? - Mən Murad Dadaşovun, "M group production"ın, ümumiyyətlə "Maşın realiti-şousu"nu ərsəyə gətirən insanların xətrlərini həqiqətən çox istəyirəm. Və şounu da həqiqətən də həyat məktəbi hesab edirəm. Çünki, burada insanların üzləri açılır, kimin-kim olduğu məlum olur. Ehtiyacım olsa da, mən maşın qazanmağa getməmişdim. Sadəcə iştirakçı oldum, adamları daha yaxından tanıdım. - Hüseyn Dəryanın həyat yoldaşı çox arzulayır ki, ehtiyacları olduqları üçün avtomobil məhz onların ailəsinə qismət olsun. Artıq, şoudan iştirakçı kimi ayrılmısan və bu üzdən tamaşaçı kimi fikrin maraqlıdır. Kimin qalib olmağını istərdin? - Orada həqiqətən üç-dörd iştirakçı var ki, onların maşına ehtiyacları var. Arzu edərdim ki, onlardan biri qalib gəlsin. Amma bu şounun elə yazılmamış qanunları var. Qruplaşma rəhbərləri daha hiyləgərdirlər. Orada qol gücü deyil ki, güclü olan qalib gəlsin. Oyun hiylə üzərində qurulub və iştirakçıalrın aktyorluq qabilliyyətləri əsas rol oynayır. Belə baxanda yaşadığımız həyatın özü, teatr səhnəsini xatırladır. Yaxşı aktyor var, pis aktyor var. Bir tip aktyorlar da var ki, onlar saman altından su yeridirlər. Baxan həmin bu saman altından su yeridənlər, ya da yaxşı aktyorlar bu oyunda qalib gələ bilərlər. Mən şounu pis aktyor kimi tərk etdim. Şəxsən, həyatda da aktyorluğu bacarmıram. Saman altından su yeritmək də mənlik deyil. Öz qruplaşmamı düzəldib, mərd oyunçularla birlikdə mübarizə aparmaq istəyirdim. Şouda mübarizəsini dava etdirən İlqar Sail, Tural Əsədov, İntizar və şounu tərk etmiş İbrahim Borçalı kimi insanları bir yerə cəm etmək istəyində idim. Görünür, qismət deyilmiş. Hüseyn Dərya da çox istedadlı bir reperdir. O yenidən sənətə qayıdır, onun da qalib gəlməsini istərdim. Niyə də yox? Qruplaşmalarda sözükeçərlilik çox vacibdir. Amma Hüseynin orada sözü keçmir. Onun özünü də şouda hələ ki istifadə edirlər. Nə vaxta qədər istifadə edəcəklər, onu deyə bilmərəm...Milli.Az
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости