Ən savadsız müğənnilərimiz kimlərdir?
22
апр
2010
10:35
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Bir neçə dildə mükəmməl danışan müğənnimiz, həmçinin Azərbaycanın himnini bilməyən əməkdar artistlərimiz var…ATV kanalında yayımlanan «El içində» verilişinin ötən gün aparılan növbəti çəkilişinə bir sıra tanınmış simalar, həmçinin tənqidçilər, jurnalistlər toplaşmışdılar. Bu dəfə sənətçilərin intellektual səviyyəsi müzakirə olunurdu. Amma bu müzakirələr, daha doğrusu sənətçilərin "intellekt ələyindən" keçirilməsi gözlənilməz nəticələri ortaya çıxardı. Hətta verilişin aparıcısı Elçin Əlibəyli müğənnilərdən kimin hansı kitabları oxuduğunu soruşsa da, israrlara baxmayaraq, bu suala doğru-düzgün cavab ala bilmədi. Müğənni Cəmilə, dediyinə görə, əsasən Rusiya ədəbiyyatı oxuyur, amma aparıcının təkidli suallarına baxmayaraq, heç bir əsərin adını çəkə bilmədi. O, hətta səs imkanlarını göstərmək üçün canlı oxumaq təklifi ilə də razılaşmadı. Bir sözlə, iştirakçılar onun nə intellektual, nə də səs imkanları ilə tanış ola bildilər. Daha doğrusu, müğənni özü bunları nümayiş etdirə bilmədi. Müğənni Fədayə Laçın bir-iki kitab adı çəksə də, qaneedici cavablar vermədi. O, son vaxtlar əsasən qəzəllər oxuduğunu dedi. Müğənni Zeynəb Dostəliyeva isə müğənnilərin həmişə jurnalistlər tərəfindən tənqid atəşinə tutulmasına etirazını bildirdi: «Guya ki, elə jurnalistlərin hamısı savadlıdırlar ki?»Mübahisələrin ən maraqlı məqamı əməkdar artist Səməd Səmədovla bağlı oldu. Aparıcının «Müasir yazarları tanımırsız, teatrlara qetmirsiz, rəsm qalareyalarında, sərgi salonlarında sizi qörmək mümkün deyil, və deyirsiz ki, bizi niyə tənqid atəşinə tuturlar. Heç olmasa deyin himnimizin müəllifi kimdir» sualına Səməd Səmədov «bilmirəm» dedi. S.Səmədov özünə ünvanlanan sualların cavabında «Mənim beşinci nəvəm olub, niyə buna görə məni təbrik eləmirsiz» deməyi isə tənqidçiləri daha çox qıcıqlandırıb. Hətta aparıcı E.Əlibəyli buna cavab olaraq «Azərbaycanda dövlət başçısının sərəncamı ilə dünya ədəbiyyatı kitabxanalarının nüsxələri çap olunacaq. Yaxşı olar ki, bu kitablardan nəvələrinizin hər birinə alasınız, oxusunlar savadlı olsunlar» deməyə vadar etdi. S.Səmədovun Azərbaycan himninin söz və müsiqi müəlliflərini tanımaması jurnalistlərin də təəccübünə və ciddi narazılığına səbəb oldu. Artıq bu yerdə yalnız bir arqument səslənməlidir - «Əməkdar artist adını daşıyan hər kəs dövlət atributlarından biri olan himnimizi, onun müəlliflərini bilməlidir. Bunu bilməmək əməkdar artist üçün böyük qəbahətdir». Əməkdar artistimizin əks arqumentləri də var idi: o, öz intellektual və sənət səviyyəsinin yüksək olmasını çoxsaylı toyları və Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı Telman İsmayılovun tədbirində iştirak etməsi ilə əsaslandırdı: «Mən səviyyəli sənətçi olmasaydım Telman İsmayılov kimi adamın tədbirində iştirak etməzdim. Onun tədbirindən gələndə o, mənə bahalı maşın da bağışladı». Sənətçilərimizin intellektual səviyyəsi ilə bağlı yeganə ürəkaçan məqam müğənni Lalə Məmmədova ilə bağlı oldu. İki ali təhsili olan, ən azı üç dildə (Azərbaycan, rus, ingilis ) mükəmməl danışan L.Məmmədova dünənki tədbirdə də həmkarlarından üstünlüyü ilə fərqləndi. Həqiqətən də bir çox müğənnilərdən fərqli olaraq, L.Məmmədovanın danışıq tərzi, suallara verdiyi cavabları, nitqi, onun intellektindən xəbər verir. Halbuki bir çox sənətçilərin məhz savadsızlığı ucbatından çıxışı, nitqi jurnalistlərlə müsahibələr zamanı qələm əhlinin işini xeyli çətinləşdirir. Lalə Məmmədova öz sənət həmkarları ilə bağlı bir maraqlı məqamı da açıqladı. Onun sözlərinə görə, bizim müğənnilər xarici ölkələrdə səfərlərdə olarkən ingilis dilində ən elementar sözlərdən belə istifadə etməyi bacarmırlar: «Mən xarici səfərlərdə hələ bir dəfə olsun sənətçilərimizin kitab oxuduğunu görməmişəm, ingilis dilində ən bəsit ifadələrlə belə müraciət edib nəsə soruşmasını eşitməmişəm. Adam belə vəziyyətdən utanır». Tahirə Milli.Az |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...