Əməliyyatdan sonra Namiq Qaraçuxurlunun vəziyyəti necədir?
05
май
2009
12:59
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Aprel ayında Heydər Əliyev Sarayında solo konsert vermək Namiq Qaraçuxurluya düşmədi. Meyxanaçı konsertdən sonra özünü yaxşı hiss etmədiyi üçün həkimə müraciət edib. Məlum olub ki, Namiqdə qasıq yırtığı var. Meyxanaçının prodüseri Ataş BaKu.Ws əməkdaşı ilə söhbətində bildirib ki, əslində Namiq əməliyyat olunacağını əvvəlcədən bilirdi. Lakin, ağrılar çoxaldığı üçün əməliyyat bir qədər tezləşib. Mayın 1-də gecə əməliyyat olunan Namiq Qaraçuxurlu hazırda özünü yaxşı hiss edir. Həkimlər meyxanaçının vəziyyətini qənaətbəxş hesab edir. Prodüserin sözlərinə görə, Namiq ayın 5-də evə buraxıla bilər. Əgər həkimlər mayın 5-i axşam vəziyyəti normal hesab etməsələr, meyxanaçı ayın 6-da evə buraxılacaq. Əməkdaşımızın, “klinikada Namiqin yanında kim qalır”, sualına, Ataş belə cavab verib: - “Xalq artisti Aygün Kazımova ayın 1-dən hər gecə özü burda qalır. O, hətta, Namiqə görə iki toyundan imtina edib.” Meyxanaçının prodüseri onu da bildirib ki, əməliyyatdan sonra Namiqin yanına gələnlər arasında müğənni Samir Piriyev, aktrisa Mehriban Xanlarova, aparıcı Emin Musəvi və digər meyxanaçı dostları olub.shоw.az |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...