Şou-biznesin meşhurları iqtisadi böhrandan nece çıxıblar?

Şou-biznesin meşhurları iqtisadi böhrandan nece çıxıblar?
Шоу-бизнес 2983
Dünyadakı iqtisadi böhran Azərbaycanın tikinti, aqrar və bank sektoru qədər “toy sektoru”na da öz “töhfə”sini verib. Əvvəlki illərə nisbətən konsert verməkdə, klip çəkdirməkdə passivliyi nəzərə çarpan müğənnilərin durumuna böhranın təsirini araşdırdıq. BaKu.Ws kiçik sorğudan maraqlı statistik nəticə əldə edib. Siyahıdan üzüağ çıxanlardan biri müğənni Lalə Məmmədovadır. Böhran müğənniyə nəinki təsir etməyib, əksinə, müğənninin bu il toylarının sayı artıb. Məmmədova böhrandan yararlanan müğənnilərdəndir. Müğənni Samir Piriyev də böhranın təsirindən itkisiz ötüşüb. Müğənni həmişə toy bazarında tələbatlı olduğunu və bu il də eyni münasibəti gördüyünü bildirib. Çox cüzi - özünün dediyinə görə, cəmi 1-2 faiz ziyan görən müğənni Abbas Bağırov sifarişlərinin azaldığını hiss edib: “Düzdü, toy bazarında müəyyən qədər durğunluq oldu. Mən ən çox imkanlı ailələrin toylarında iştirak edirəm. Onların da əksəriyyəti bizneslə məşğul olan adamlardır. Bu mənada, böhranın onlara göstərdiyi təsir mənim toy biznesimdən də yan ötmür. Bir də, mən ayın hər günü toyda iştirak etmirəm, o səbəbdən də mən böyük ziyan görməmişəm”. Rəqqasə Fatimə isə digər müğənnilərdən fərqli olaraq, ili narazı başa vuranlardandır. Fatimə nə az, nə çox - böhrandan 50 faiz ziyan görüb. Rəqqasə bu il əvvəlki illərə nisbətən xeyli az toya sifariş aldığını bildirib. Rejissor Kənan M.M də Fatimə ilə eyni taleyi yaşayıb. Rejissor əvvəlki illərə nisbətən bu il sifarişlərinin yarıbayarı azaldığını açıqlayıb. Nəticədə o da Fatimə kimi böhrandan nəsibini alıb.Röyanın da il yekununda qənaəti kifayət qədər kədərlidir. Bu il ana olmağı ilə bağlı işlərinə ara verən müğənni düz 70 faiz gəlirini azaldıb. Böhranla əl-ələ verib anasına maddi ziyan vuran balaca Hüseynin dünyaya gəlişi Röyanın ən böyük qazancı olub. Müğənni Elnarə isə bu il ümumiyyətlə bütün mərasimlərdən özünü təcrid edib. Ana olan və televiziyadakı işlərinə başı qarışan müğənni böhranı qabaqlayaraq, ağ bayraq qaldırıb. Yəni, müğənni özü sifarişlərdən imtina edib. Nazpəri Dostəliyeva, Zülfiyyə Xanbabayeva isə bu il albom hazırlıqlarında olduğu üçün böhranın təsirini hətta müşahidə belə edə bilməyib.Leyla
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости