Şou-biznesimizin refiqleri - SORĞU
06
ноя
2009
16:17
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
| Əksər hallarda qalmaqallarla şou-biznesin gündəmində qərar tutan sənətçilər arasında əsl dostluğun var olmasına inanmaq çətindir. Efir və ekranlardan kənarda bir-birinin şəninə bolluca tərif yağdıran kişi sənətçilərin münasibətini araşdıraraq, sənət aləmindəki dostluqları aşkarlamağa çalışıb. Söhbət bir-birinin ürəyindən keçənləri bilən, qarşılıqsız sevən, ürəyi qan ağlayarkən dostu üçün gülən, qara torpaq kimi sirr saxlayan, bir-birinə çinar kimi söykənən, lazım gələndə qalxan kimi sipər olan dostlardan gedir... Əcəba, onların dosta və dost olmağa ehtiyacları varmı? Sənət aləminin populyar gənci Ayaz Qasımov şou-biznesdə “A-trio” qrupunun solisti Vüsal Hacıyevlə dostluq edir. Onlar, demək olar ki, günlərini birlikdə keçirirlər. Tədbirlərdə tez-tez birlikdə olan müğənnilər bir-birlərini dost adlandırırlar. Müğənni Elnur sənətdə hamı ilə dostdur, yoldaşdır, mehribandır. Hər halda, özü belə düşünür. Yeri gəlmişkən, müğənni daha çox Natəvan Həbibi ilə dostluq münasibətində olması ilə diqqəti çəkir. Müğənni Zamiq aranjemançı və bəstəkar Nazim ilə dostluq edir. Bundan başqa, o, “Şipşirin” ləqəbli gənc müğənni ilə də yaxşı münasibətdədir. Müğənni Ağadadaş Ağayevlə yaxşı münasibətdə olmasına baxmayaraq, yaş fərqinə görə özünü ona dost saymır. Xalq artisti Mübariz Tağıyevin yaxın dostları bəstəkar Səyavuş Kərimi, Baba Vəziroğlu, Nadir Babayevdir. Vaxtilə çox yaxın olduğu Rafiq Babayev və Malik Fərrux isə artıq dünyasını dəyişib. Xalq artisti Yalçın Rzazadə Yaşar Nuri ilə gənclik dövrlərindən dostluq edir. Onların yoldaşlıq tarixçəsi 60-70-ci illərə söykənir. Müğənninin digər yaxın dostları isə Mübariz Tağıyev və Baba Vəziroğludur. Müğənni Nadir Qafarzadənin sənətdə kişi dostu yoxdur. Müğənni sənət aləmində dostluğun var olduğuna inanmır. Xalq artisti Faiq Ağayevin sənətdə yaxın dostu Samir Cavadzadədir. Müğənni Samiri özünə sınanmış dost hesab etməsə də, inamı, rəğbəti var. Onların dostluğunun əsas səbəbi mental şüur yaxınlığıdır. Dünyaya baxışları, dəyərlərə münasibətləri eyni olduğundan aralarındakı yaş fərqi onlara təsir göstərmir. Müğənni Ramal sənətdə əksər kişi müğənnilərlə dost münasibətində olmasına baxmayaraq, Rəhim Rəhimli və Niyaməddin Səlami ilə dostluğu xüsusilə seçilir. Müğənni onları özünə sirdaş bilir. Rəhim Rəhimli isə sənət aləmində daha çox Əkbər, Zamiq və Niyaməddin Səlami ilə dostluğu ilə tanınır. Elariz vaxtilə çox yaxın olduğu bəstəkar Elçin İmanovla indi az qala düşməndir. İndi onu daha çox dostları Eldar Mansurov, Rüfət Axundov, Maestro Ceyhunun əhatəsində görmək olar. Ədalət Şükürovun yaxın dostları Xəyyam və Vasif Məhərrəmlidir. Maestro Ceyhun isə Türkiyədə yaşayan azərbaycanlı sənətçi Əlixan Səmədovla dostluq edir. Sənətçi hər dəfə Azərbaycana gələndə dostu onu hava limanında qarşılayır. Bir neçə sənətçinin özünə dost hesab etdiyi Niyaməddin Səlami isə klarnetçi Hüseyn Məmmədoğlu ilə dost münasibətindədir. Az qala bütün Avropanın şahidliyi ilə dostluqları məşhur olan Samir Cavadzadə ilə Elnur Hüseynovun isə indilərdə küsülü olduqları deyilir... Leyla |
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...