Şou-biznesimiz çimərlik paltarında

Şou-biznesimiz çimərlik paltarında
Шоу-бизнес 4
276282141_victoriasecretfashionshowrunwayanj3mgwxu8bl.jpg|--> Azərbaycanda ilk dəfə ulduz xanımların istirakı ilə gözəllik yarısması keçiriləcək. Aldığımız məlumata görə "Miss-Star Azerbaijan" adlanan layihənin rəhbəri və qurulusçu rejissoru Nail Naiboğlu, prodüsseri Pərviz Oqtayoğludur. Nailin sözlərinə görə artıq 1 ildir ki, bu layihə üzərində böyük bir komanda çalışır."Bütün hazırlıqlar tamamlanıb. Layihə iyunun sonunda baş tutacaq. Hər zaman səhnədə gördüyümüz ən məşhur ulduzlar bu dəfə öz gözəllikləri ilə bir-biri ilə bəhsə girəcəklər. Layihədə müğənnilər, aktrisalar, rəqqasələr, stilistlər, modelyerlər və jurnalistlər də istirak edəcəklər",-deyə layihə müəllifi bildirib. Münsiflər heyətində isə kişi ulduzlar olacaq. Artıq layihə üçün xüsusi dekorasiya hazırlanır. Layihənin rəhbəri yarışmanın qaydalarına görə, iştirakçıların hətta çimərlik paltarında podiuma çıxmalı olacaqlarını bildirir. Qeyd edək ki, Nail Naiboğlu hələ ki, Azərbaycanda belə bir möhtəşəm şou proqramın təşkil olunmadığını bildirib. Onun sözlərinə görə, gecədə türk sənətçilərinin də iştirakı gözlənilir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости