Şou-Biznes ulduzlarının dostları
04
фев
2010
01:37
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
265232792_shou-biznes.jpg|--> Qalmaqallarla dolu şou-biznesin gündəmində qərar tutan sənətçilər arasında əsl dostluğun var olmasına inanmaq çətindir. Amma nə qədər çətin olsa belə onları bir yerdə, bir yığıncaqda yeyib-içən, bir-birinin şərəfinə sağlıq deyən görmüşük. Görəsən onların dosta və dost olmağa ehtiyacları varmı?Populyar müğənni Ayaz Qasımov şou-biznesdə “A-trio” qrupunun solisti Vüsal Hacıyevlə dostluq edir. Onlar, demək olar ki, bütün günlərini birlikdə keçirirlər. Tədbirlərdə tez-tez birlikdə olan müğənnilər bir-birlərini dost adlandırırlar.Müğənni Elnur sənətdə hamı ilə dostdur, yoldaşdır, mehribandır. Hər halda, özü belə düşünür. Yeri gəlmişkən, müğənni daha çox Natəvan Həbibi ilə dostluq münasibətində olması ilə diqqəti çəkir.Müğənni Zamiq oranjimançı və bəstəkar Nazim ilə dostluq edir. Bundan başqa, o, “şipşirin” ləqəbli gənc müğənni Elçin ilə də yaxşı münasibətdədir. Müğənni Ağadadaş Ağayevlə yaxşı münasibətdə olmasına baxmayaraq, yaş fərqinə görə özünü ona dost saymır.Xalq artisti Mübariz Tağıyevin yaxın dostları bəstəkar Səyavuş Kərimi, Baba Vəziroğlu, Nadir Babayevdir. Onun vaxtilə çox yaxın olduğu Rafiq Babayev və Malik Fərrux isə artıq dünyasını dəyişib.Xalq artisti Yalçın Rzazadə Yaşar Nuri ilə gənclik dövrlərindən dostluq edir. Onların yoldaşlıq tarixçəsi 60-70-ci illərə söykənir. Müğənninin digər yaxın dostları isə Mübariz Tağıyev və Baba Vəziroğludur.Müğənni Nadir Qafarzadənin sənətdə kişi dostu yoxdur. Müğənni sənət aləmində dostluğun var olduğuna inanmır.Müğənni Ramal sənətdə əksər kişi müğənnilərlə dost münasibətində olmasına baxmayaraq, Rəhim Rəhimli və Niyaməddin Səlami ilə olan dostluğu xüsusilə seçilir. Müğənni onları özünə sirdaş bilir.Rəhim Rəhimli isə sənət aləmində daha çox Əkbər, Zamiq və Niyaməddin Səlami ilə dostluğu ilə tanınır.Elarizin yaxın dostları Eldar Mansurov, Rüfət Axundov, Maestro Ceyhunundur.Ədalət Şükürovun yaxın dostları Xəyyam və Vasif Məhərrəmlidir.Maestro Ceyhun isə Türkiyədə yaşayan azərbaycanlı sənətçi Əlixan Səmədovla dostluq edir. Sənətçi hər dəfə Azərbaycana gələndə dostu onu hava limanında qarşılayır.lent.az Maraqli melumatin var ? super@baku.ws e-mail & msn unvani ixtiyarindadir !!!
Похожие новости
Почему самый узнаваемый комик Советского Союза сознательно выставлял себя дураком
13 октября 1934 года в Москве родился человек, которому суждено было стать одним из самых узнаваемых комических актёров советского кино. Однако за маской весёло...