Şou-biznes nümayəndələri Facebook və Twitter-dən hansı məqsədlər üçün istifadə edirlər?

Şou-biznes nümayəndələri Facebook və Twitter-dən hansı məqsədlər üçün istifadə edirlər?
Шоу-бизнес 2
298821571_0.jpg|--> Bütün dünyada gündən-günə sosial şəbəkələrə maraq artır. Lakin İran və Özbəkistanda Facebook, Twitter kimi sosial şəbəkələrin istifadəsi qapadılıb. Hətta Amerika kimi inkişaf etmiş, yetərincə sosiallaşmış ölkənin birinci xanımı Mişel Obama da qızlarına Facebook sosail şəbəkəsindən istifadəni yasaqladığını bildirib. BaKu.ws portalı yerli şou-biznes nümayəndələrinin sosial şəbəkələrdən istifadə edib-etməmələri ilə maraqlandı. Məlum oldu ki, müğənnilərimizin əksəriyyəti sosial şəbəkələrdən aktiv istifadə edirlər. Müğənni Lalə Məmmədova BaKu.ws portalına açıqlamasında sosial şəbəkələrin yasaqlanmasının əleyhinə olduğunu dedi: «Məncə, bu yanlışlıqdır. İnsanlar sosial şəbəkələrdən uzaqda olan dostları ilə əlaqə saxlamaqda, özlərinə lazım olan informasiyaları əldə etmək üçün istifadə edirlər. Zənnimcə, hansısa ölkədə sosial şəbəkələrin yasaqlanması cahillikdən xəbər verir. Mənə gəlincə, Facebook-un aktiv istifadəçilərindənəm, orada dostlarımla danışır, yeni kliplərimi paylaşıram».Rəqqasə Oksana Rəsulova azyaşlı uşaqların və gənclərin internetdən həddən çox istifadə etməsinin əleyhinədir: «Bunu yaxşı hal kimi dəyərləndirmirəm. Təkcə Fakebook-da profilim var. Fakebook, dostlarımla mütəmadi olaraq əlaqə saxlamaq baxımından sərfəlidir. Elə dostlarım var ki, onlar xarici ölkələrdə yaşayırlar, onlarla Facebook-da rahatlıqla yazışırıq. Yeri gəlmişkən, internetdən daha çox özüm haqqında dərc olunan xəbərləri izləmək məqsədilə istifadə edirəm». Müğənni Leyla Ramazanlı da Facebook sosial şəbəkəsinin isifadəçisidir: «Amma günümün çox hissəsini daha çox kitab oxumağa sərf edirəm. Sosal şəbəkələrdə dostlarım var, amma mənim onlara ayıracaq zamanım kifayət qədər deyil».Manaf Ağayev, Tacir Şahmalıoğlu, Əli Mirəliyev və Baloğlan Əşrəfov sosial şəbəkələrdən xəbərsizdir...Müğənni Xatun isə «Heç bir sosial şəbəkədə yoxam» - deyir: «Məni nə Facebook, nə "Odnakolassniki", nə də digər sosial şəbəkələrdə üvz olmuşam.Ümumiyyətlə, İnternetdən ifnormasiya mənəbəyi kimi yararlanıram. Hər gün mütəmadi olaraq, ölkədə və dünyada baş verən xəbərləri izləmək üçün xəbər saytlarına girirəm. Yeri gəlmişkən, 13 yaşlı oğlum Adilin Facebook sosial şəbəkəsində qeydiyyatdan keçdiyini eşitdim, bundan bir az narahat oldum. Ola bilsin ki, onun bu şəbəkədən istifadə etməsini yasaqlayacam. Çünki İnternetdən istiafdə onun dərslərindəaxsamasına səbəb ola bilər»- deyə, Xatun bildirdi.Manaf Ağayev, Tacir Şahmalıoğlu, Əli Mirəliyev və Baloğlan Əşrəfov isə sosial şəbəkələrin «varlığından» xəbərsizdilər. Onları yalnız yaradıcılıq işləri və el şənlikləri maraqlandırır... AytənMilli.az
Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости