İradə İbrahimovanın toy günü açıqlandı.

İradə İbrahimovanın toy günü açıqlandı.
Шоу-бизнес 4391

İradə İbrahimovanın toyunun apreldə olacağı haqqında xəbərlər öz təsdiqini tapır. Bu gün müğənninin mətbuat katibi Zəminə Rəhimqızı toyun dəqiq vaxtı ilə bağlı press-reliz yayıb.

“İradə İbrahimovanın ailə həyatı quracağı barədə xəbərlər bir çox KİV nümayəndələrinin əsas mövzularından birinə çevrilib. Bu barədə son aylar yazılan qeyri-dəqiq informasiyaları təkzib edən İradə İbrahimova, eyni zamanda şəxsi həyatını gündəmə gətirməmək prinsipinə əməl edib. İradə xanım aprelin 5-də ailə həyatı quracaq və onun toy mərasimi paytaxt restoranlarının birində keçiriləcək. Müğənni əslən azərbaycanlı olan və Türkiyədə yaşayan iş adamı ilə nigaha girir. Toyda media və televiziya mənsublarının foto və video çəkilişlərinin aparılması nəzərdə tutulmayıb. Bu, qonaqların özlərini rahat hiss etməsi zərurətindən yaranıb. Lakin toydan bir neçə gün sonra onlara lazımi materiallar təqdim ediləcək.Müğənni sonuncu açıqlamasına 4-cü hakimiyyətin hörmətlə yanaşacağına inanır.”show.az

Mokaland Uşaq Əyləncə Mərkəzi

Последние новости